From Wikipedia, the free encyclopedia
Firuzə xanım Qovanlı-Qacar — Şuşadan gəlmiş, peşəkar akademik fortepiano təhsili almış, ilk azərbaycanlı peşəkar qadın pianoçu.[1]
Firuzə xanım Qovanlı-Qacar | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Şuşa qəzası |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC Azərbaycan SSR ZSFSR SSRİ |
Musiqiçi məlumatları | |
Musiqi aləti | fortepiano |
Təhsili | Sankt-Peterburq Konservatoriyası |
Firuzə xanım Tiflisdə İmperator, sonralar Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki olan şuşalı Seyfulla mirzə Qovanlı-Qacarın ailəsində anadan olub. Ailənin ən böyük övladı olub. Seyfulla mirzənin həyat yoldaşı Ruxsarə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin üzvü idi və yüksək təhsilli qadın idi. O, rus, fransız və fars dillərini bilir, ədəbiyyat və musiqiyə xüsusi maraq göstərirdi. Seyfulla Mirzənin evində müxtəlif alman istehsalı üç royal var idi ki, onları Ruxsarə xanım mütəmadi olaraq çalırdı. Ruxsarə xanım uşaqlara fortepiano dərsi də verirdi.[1] Bu evdə çox tez-tez musiqi məclisləri təşkil olunurdu və buraya təkcə onların qohumları deyil, həm də fortepiano musiqisinin pərəstişkarları da dəvət edilirdilər.
Seyfulla mirzə ilə Ruxsarə xanımın oğlu Əlixan mirzə musiqiyə həvəs göstərməmiş, bacısı Firuzə xanım isə musiqiyə həvəs göstərərək, həyatını musiqiyə həsr etmək qərarına gəlir.
Firuzə xanım əvvəlcə Tiflisdə, sonra isə Peterburq Konservatoriyasında musiqi təhsili alıb. Konservatoriyanı "əla" qiymətlərlə bitirdikdən sonra Tiflisə qayıdır. Müəyyən vaxtdan sonra burada ailə həyatı qurur. Firuzə xanımın yaradıcılıqla bağlı bir çox planları var idi. Lakin taleyi buna imkan vermədi. İlk övladını dünyaya gətirərkən doğuş zamanı 27 yaşında vəfat edir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.