Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Firudin Hüseynov.
Firudin Hüseyn oğlu Hüseynov (10 noyabr 1937, Novoivanovka, Gədəbəy rayonu – 28 noyabr 2004, Bakı) — rus dilçiliyi üzrə tanınmış alim, filologiya üzrə elmlər doktoru (1979), professor (1983), Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kafedra müdiri, prorektor, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda rektor vəzifələrində işləmişdir. Azərbaycan elmi və təhsilinin inkişafında böyük rolu vardır. O, Azərbaycanda, SSRİ məkanında tanınmış dilçi alimlərdən biri olmuşdur.[1]
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Bağla
Rus dilçiliyi üzrə tanınmış məşhur alimlər - akademik B.L.İmnadze, akademik - N.M. Şanski, pofessorlar -V.P.Jukov,V.M.Makiyenko və başqa dilçilər Firudin Hüseynovun əsərlərinə böyük qiymət vermişlər.
- 10 noyabr 1937 – ci ildə Azərbaycan SSR Gədəbəy rayonu Novoivanovka kəndində anadan olmuşdur.
- 28 noyabr 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.
- 1955-ci ildə Novoivanovka orta kənd məktəbini əla qiymətlərlə başa vurmuşdur.
- 1960-cı ildə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, institutda "Stalin" adına təqaüd almışdır.
- 1960-cı il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur.
- 1963-cü ildə Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa vurmuşdur.
- 1963-1965-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunda müəllim.
- 1967-cı il - filologiya elmlər namizədi elmi dərəcəsi.
- 1979-ci il - filologiya elmləri doktoru elmi dərəcəsi.
- 1980-ci illərdə SSRİ Maarif Nazirliyinin metodiki şurasının üzvü, Azərbaycan SSRİ-nin Maarif Nazirliyində rus dili üzrə elmi metodiki şuraya rəhbərlik etmişdir.
- 1983-cü ildən professordur.
- 1965-1990-cı illərdə Azərbaycan Dövlət Universitetində müəllim, Rus dilçiliyi kafedrasının müdiri işləmişdir.
- 1989-cu il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) prorektoru.
- 1990-1997-ci illərdə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan universiteti) rektor vəzifəsində işləmişdir.
- 1992-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
- 1997-ci il Akademik Y.Məmmədəliyev adına medal və mükafatla təltif edilmişdir.
- 1990-1993-cü illərdə təhsil üzrə yeni proqramların müəllifi.
- 1990-1992-ci illərdə doktorluq müdafiəsi üzrə xüsusi şura sədri.
- 1992-1993-cü illərdə namizədlik dissertasiyası üzrə şura sədri.
- 1995-1997-ci illərdə Milli Akademiyanın Nəsimi adına dilçilik İnstitutunda doktorluq dissertasiyası üzrə həmsədr.
- 70-ə yaxın elmi əsərlər.
- 1973-cü il – Azərbaycan orta məktəbləri üçün IX sinif “Rus dili” dərsliyi.
- 1977-ci il – “Rus frazeologiyası” - monoqrafiya.
- 1983-cü il - Azərbaycan məktəbləri üçün “Rus dili lüğəti”.
- 1992-ci il - Azərbaycan məktəbləri I-XI siniflər üçün “Rus dili” fənni üzrə proqramları.
- 1995-ci il - X sinif üçün “Rus dili” dərsliyi.
- 2000-ci il – “Rus dili” məktəblər üçün ədəbiyyat üzrə proqramlar.
- 2007-ci il – “Rus dilinin tədris lüğəti” - F.H.Hüseynovun redaktəsi ilə ölümündən sonra (on minə yaxın baş söz).
- 1992-ci il - Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
- 1997-ci il - Akademik Y.Məmmədəliyev adına medal və mükafatla təltif edilmişdir.
- Bir oğlu, iki qızı var.
- Firudin Hüseynovun bibisi oğlu tanınmış həkim, sovet-Azərbaycan hərbçisi, tibb xidməti polkovnik-leytenantı İdris Qədimovdur.