Remove ads
Gürcü və sovet iqtisadçısı, ictimai xadim, publisist və müəllim, professor From Wikipedia, the free encyclopedia
Filipp Qavriloviç Qoqiçaişvili (gürc. ფილიპე გაბრიელის ძე გოგიჩაიშვილი; 20 yanvar 1872, Lançxuti, Kutaisi quberniyası, Rusiya imperiyası – 29 mart 1950, Tbilisi) — Gürcü və sovet iqtisadçısı, ictimai xadim, publisist[1] və müəllim, professor (1918), iqtisad elmləri doktoru (1935), Gürcüstan SSR əməkdar elm xadimi.
Filipp Qavriloviç Qoqiçaişvili | |
---|---|
gürc. ფილიპე გაბრიელის ძე გოგიჩაიშვილი | |
Doğum tarixi | 20 yanvar 1872 |
Doğum yeri | |
Vəfat tarixi | 29 mart 1950 (78 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Filipp Qoqiçaişvili ilk təhsilini 1880-1887-ci illərdə Kutaisi seminariyasında təhsil almışdır. Sonradan təhsilini Tbilisidə davam etdirmişdir. O, 1894-cü ildə 2-ci Tbilisi gimnaziyasından məzun olmuşdur. Qoqiçaişvili 1899-cu ildə Moskva Universitetinin tibb fakültəsini bitirmışdir.
Universiteti bitirdikdən sonra F.Qoqiçaişvili 1900-cü ildən Kutaisi quberniyasının Qori şəhəri yaxınlığına yerləşən Didi Jixaişi kəndində həkim işləmişdir.
Lakin bir ildən sonra o, yenidən təhsil almaq üçün Avropaya yollanmışdır. 1901-ci ildə Leypsiq Universitetinin fəlsəfə fakültəsinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur.
Filipp Qoqiçaişvili gənclik yaşlarından aktiv siyasətlə məşğul olmuş və menşevik-avtonomist (Mesame-dasi partiyasının üzvü) hərəkatının üzvü olmuşdur. O, Gürcüstanda Savadsızlığın ləğvi cəmiyyətinin idarə heyətinin üzvü də seçilmişdir. Qoqiçaşvili publisistika ilə də məşğul olmuş, dövrü mətbuatda daim çap edilmişdir. O, 1905-ci ildə “Səyyah” jurnalı ilə əməkdaşlıq etmiş və "İveria" qəzetinin sonuncu baş redaktoru olmuşdur.
F.Qoqiçaişvili 1906-cı ildə Kutaisi quberniyasının Dövlət Dumasına deputat seçilib. 1907-ci ildə o, Tiflisə köçür. 1910-cu ildə siyasi fəaliyyətinə görə həbs edilir və bir il həbsdə yatır.
O, Gürcüstan Müəssislər Məclisinin, Parlamentin və Menşevik Şurasının üzvü idi. 1917-1918-ci illərdə Kaxeti dəmiryolunun idarə heyətinin sədri vəzifəsində çalışıb.
Filipp Qoqiçaişvili 1918-ci ildə Tbilisi Universitetinin qurucularından biri olmuşdur.
26 may 1918-ci ildə Gürcüstanın İstiqlal Bəyannaməsini imzalayanlar sırasında o da var idi.[2].
1919-1920-ci illərdə Filipp Qoqiçaişvili Gürcüstan menşevik hökumətinin dövlət nəzarətçisi (naziri) vəzifəsini tutmuşdur. 1920-1930-cu illərdə Gürcüstan SSR Dövlət Plan Komitəsində işləyib.
Gürcüstan SSR Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun nəşrinin redaksiya heyətinin üzvü (1946-1950) olub.[3]
Karl Marks və Fridrix Engels (Kapital, 1-3 cildlər), Adam Smit, David Rikardo, Vilyam Petti və başqalarının əsərlərinin ilkin mənbələrdən gürcü dilinə tərcüməsində iştirak etmişdir. Qoqiçaişvilinin ədəbi irsi 20 cilddir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.