From Wikipedia, the free encyclopedia
Aslanov Fikrət Əlövsət oğlu Azərbaycanın filoloq alimi, filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin professoru.
Fikrət Aslanov | |
---|---|
Fikrət Əlövsət oğlu Aslanov | |
Doğum tarixi | |
Doğum yeri | Xaçmaz rayonu, Dədəli kəndi |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Aslanov Əlövsət İbrahimxəlil oğlu |
Anası | Aslanova Aysənəm Mürsəl qızı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | ADU Praktik Alman dili kafedrasının professoru |
İş yeri | Azərbaycan Dillər Universiteti |
Təhsili | Ali |
Elmi rəhbəri | Prof. F. Veysəlov |
Mükafatları | Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı |
Fikrət Aslanov 1943-cü il yanvarın 1-də Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. 1950-ci ildə Xaçmaz rayonunun Dədəli kənd orta məktəbinin 1-ci sinfinə daxil olur. 1960-1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunun, Qərbi Avropa dilləri fakültəsinin Alman dilləri və Azərbaycan dilləri ixtisası üzrə təhsil alır. 1965-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, Xaçmazın Qusarçay və Dədəli kənd orta məktəbində alman dili müəllimi kimi əmək fəaliyyətinə başlayır. 1974-cü ildən həmin institutda laborant, müəllim, baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışıb. Hazırda Azərbaycan Dillər Universitetinin Praktik alman dili kafedrasının professorudur. 2006-2011-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin Xarici dillər kafedrasında işləyib.
1977-ci ildə Xarici Dillər İnstitutunda german dilləri ixtisası üzrə aspirantura təhsili almağa başlayır. 1981-ciildə "Müasir alman dilində sintagm vurğusu" mövzusunda namizədlik dissertasiyasını Kiyev Dövlət Universitetinin müdafiə şurasında müvəffəqiyyətlə müdafiə etmiş və bundan sonra filologiya elmlər namizədi alimlik dərəcəsi verilmişdir. 1993-cü ildə dosent elmi adı verilmişdir. 2010-cu ildə "Müasir alman və azərbaycan dillərində sintagm problemi və onun eksperimental-fonetik təhlili" mövzusunda dissertasiyanı müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2015-ci ildən professor elmi adına layiq görülmüşdür.
Elmi həyatı boyunca F.Aslanov Sankt Peterburq, Kiyev Dövlət Universitetinin, Almaniyanın Berlin şəhərindəki Humboldt Universitetinin, Münxen şəhərindəki Ludviq Maksimilians Universitetinin Fonetika və Dil Ünsiyyəti İnstitutunda elmi ezamiyyətdə olmuş və laboratoriyalarında elmi tədqiqat işlərini yerinə yetirmişdir.
Müxtəlif illərdə AMEA Dilçilik İnstitutunun, Bakı Slavyan Universitetinin dissertasiya şuralarının üzvü olub. Hazırda Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən dissertasiya şurasının üzvüdür.
F. Aslanovun elmi rəhbərliyi altında fəlsəfə doktorluğu üzrə hazırlığı üzrə elmi iş yerinə yetirən 6 nəfərdən 2-si müdafiə edib və digərləri işlərini davam etdirir.
Fikrət Aslanovun 2 monoqrafiyası, 2 ali məktəb tələbələri üçün dərsliyi, alman dilinin ikinci dil kimi tədrisi ilə bağlı proqramları, o cümlədən 60-dan çox məqaləsi yerli və beynəlxalq jurnallarda çap olunub. Həmçinin yerli və beynəlxalq konfranslarda azərbaycan və alman dillərində məruzələrlə ilə çıxış etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.