From Wikipedia, the free encyclopedia
Feyzi bəy Əsədulla bəy oğlu İskəndərbəyov və ya Feyzi Ağüzüm (1922, Qars, Qars ili – 26 dekabr 1991, Ankara) — yazıçı, Azərbaycan Kültür Dərnəyinin rəhbəri (1973–1990)[1]
Feyzi Ağüzüm 1922-ci ildə Qarsda doğulmuşdur. İlk və orta təhsilini Qarsda başa vurduqdan sonra Ankara Universitetinin Ziraət fakültəsinə daxil olmuşdur. Təhsilini bitirdikdən sonra Türkiyə Kənd Təsərrüfatı Nazirliyində çalışmışdır. O, burada yüksək vəzifələrdə işləmişdir.
1949-cu ildən isə Azərbaycan Kültür Dərnəyinin işlərində böyük fəallıq göstərmişdir. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın təmasda olmuşdur. Sonralar Azərbaycan Milli Mərkəzinin üzvü və Azərbaycan Kültür Dərnəyinin başqanı olan Feyzi Ağüzüm "Azərbaycan" dərgisində çoxlu sayda dəyərli yazılar çap etdirmişdir.
Feyzi Ağüzüm 1991-ci ildə 26 dekabrda Ankarada vəfat etmişdir[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.