Azərbaycan ictimai-siyasi xadimi From Wikipedia, the free encyclopedia
Fazil Qulam oğlu Muradəliyev (1938 – 2016) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri (1992), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi, Azərbaycan KP 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibi (1971–1975), Azərbaycan SSR Ali Sovetinin IX və XII çağırış deputatı.
Fazil Muradəliyev | |
---|---|
10 aprel 1992 – 2 iyun 1992 | |
Əvvəlki | Marat Allahverdiyev |
Sonrakı | vəzifə ləğv edilib |
iyun 1971 – dekabr 1975 | |
Əvvəlki | Qurban Əliyev |
Sonrakı | Həsən Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1938 |
Vəfat tarixi | 2016 |
Partiya |
|
Təhsili |
Fazil Qulam oğlu Muradəliyev 1938-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmiş, 1957-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının elmi idarələrində çertyojçu, baş laborant, böyük mühəndis, baş mühəndis işləmişdir. 1966-cı ildən əvvəlcə "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasının, ardınca "Vışka" qəzeti redaksiyasının şöbə müdiri olmuşdur.[1] 1968–1971-ci illərdə "Vışka" qəzetinin redaktoru işləmişdir.[2]
Fazil Muradəliyev 1971-ci ildə Azərbaycan Kommunist Partiyası 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibi seçilmiş, 1975-ci ilədək bu vəzifədə çalışmışdır. 1976-cı ildən Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri olmuşdur.[1] Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmiş, 1992-ci ilin aprel ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri olmuşdur. 1992-ci ilin iyul ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsində işləmişdir.
Fazil Muradəliyev 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.[1] O, Azərbaycan SSR Ali Sovetinin IX və XII çağırış deputatı seçilmiş, Ali Sovetin Mədəniyyət və dini əqidə məsələləri daimi komissiyasının sədri olmuşdur.[2]
Fazil Muradəliyev 2016-cı ildə vəfat etmişdir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.