Fatimə binti Əsəd

From Wikipedia, the free encyclopedia

Fatimə binti Əsəd

Fatimə bint Əsəd (az:Fatimə Əsəd qızı),(ər:فاطمه بنت اسد) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Fatimə binti Əsəd
ərəb. فاطمة بنت أسد
Doğum tarixi 568
Doğum yeri
Vəfat tarixi 625
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları
Bağla

Həyatı

Fatimə binti Əsəd ibn Haşim ibn Əbdimənaf Qureyşi, Əbu Talib ibn Əbdülmüttəlib ibn Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə binti Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi HəsənHüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur.[2]

Əlini dünyaya gətirməsi

Əli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi.[3]

İslam peyğəmbəri

Məhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər. Fatimə onu öz oğlu kimi və hətta ondan da yaxşı bəsləyib və böyütmüşdür. Odur ki, Peyğəmbər onu öz anası kimi xatırlamışdır. Fatimənin vəfatı zamanı, bunun xəbərini Əli, Məhəmmədə yetirdi və dedi: anam Fatimə öldü. Peyğəmbər cavabında dedi: o, yalnız sənin anan deyil, mənim də anam idi.

Torpağa tapşırılması

İslam Peyğəmbəri Fatimənin vəfatından çox üzülüb köynəyin onun kəfəni üçün vermişdir və dəfn zamanı onun qəbrinə girmişdir. Peyğəmbərdən bu işinin nədənini soruşmuşlar və o da cavabda demiş:

{{{1}}} اِنَّهُ لَمْ یَکُنْ أَحَدٌ بَعْدَ أَبِی طالِب أَبَرّ بی مِنْها، اِنَّما أَلْبَسْتُها قَمِیصی لِتُکْتَسی مِن حُلَلِ الْجَنَّة وَ اضْطجعت مَعَها لِیُهَوّن عَلَیها ضغطة القبر.

Əmim Əbu Talibdən sonra heç kim onun kimi mənimlə mehriban davranmırdı, buna görə köynəyimi ona geyindirdim ki, cənnət bəzəkləri ilə geyindirilsin və onunla üzüldüm ki, qəbir ağırlıqları ona asan gəlsin.[4][5][6][7][8]

Ondan sonra Peyğəmbər ona namaz qılıb və onu ağlayaraq qəbrə qoydu və ona söylənirdi:

{{{1}}} رَحِمَک اللّه یا اُمّی بعد امّی

Allah sənə rəhmət eləsin, ey anamdan sonra anam.[9]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.