Faiq Cəfərov (hərbçi)

Azərbaycanın Milli Qəhrəmanı From Wikipedia, the free encyclopedia

Faiq Cəfərov (hərbçi)

Cəfərov Faiq Əliqulu oğlu (1 may 1974, Şiləvəngə, Cəlilabad rayonu19 avqust 1999, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı.[1]

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Faiq Cəfərov
Faiq Əliqulu oğlu Cəfərov
Thumb
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1974(1974-05-01)
Doğum yeri
Vəfat tarixi 19 avqust 1999(1999-08-19) (25 yaşında)
Vəfat yeri
Vəfat səbəbi avtomobil qəzası[d]
Dəfn yeri
Hərbi fəaliyyəti
Rütbəsi Gizir
Döyüşlər Mart hadisələri
Təltifləri "Qızıl Ulduz" medalı
Bağla

Həyatı

Faiq Cəfərov 1974-cü il may ayının 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1991-ci ildə Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci ilin sentyabr ayından Sərhəd Qoşunları Baş İdarəsinin Naxçıvan Sərhəd Dəstəsində hərbi xidmətə başlamışdır. Sərhəd Qoşunlarında xidmət etdiyi dövrdə Azərbaycanın cənub hüdudlarının mühafizəsində fərqlənmişdir. 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərmiş, həmin döyüşlərdə ağır yaralandığı üçün Faiq Cəfərov ehtiyata buraxılır.[2]

Bir müddət sonra öz həyatını dövlətçiliyimiz və xalqımıza xidmət etməyə bağlayan qəhrəmanımız bir ildən sonra yenidən orduya qayıdır.

Faiq Cəfərov 1999-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.

Ailəsi

Ailəli idi, iki övladı var.

Milli Qəhrəman

Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə gizir Cəfərov Faiq Əliqulu oğlu "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]

Cəlilabad rayonunda dəfn edilmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.