Fahrenheit (Şimali Amerikada Indigo Prophecy kimi də tanınır) — Quantic Dream tərəfindən hazırlanan və Atari, Inc. tərəfindən əsasən PlayStation 2Xbox platformaları üçün buraxılan interaktiv dram döyüş-macəra janrlı videooyun. Oyunun kəsilmiş və kəsilməmiş formada versiyaları daha sonra Microsoft Windows üçün də yayınlanmışdır. Fahrenheit 1 milyondan çox nüsxə satmış[2] və bir neçə mükafata layiq görülmüşdür.[3] 4 dekabr 2007-ci ildə Atari oyunu Xbox 360 üçün olan versiyasını da yayımlamışdır.[4]

Cəld faktlar Hazırlayan, Yayımlayan ...
Fahrenheit
"Fahrenheit" videooyununun rəsmi afişası
"Fahrenheit" videooyununun rəsmi afişası
Hazırlayan
Yayımlayan
Anons tarixi 16 sentyabr 2005 (2005-09-16)
Buraxılış tarixi
Janrlar Döyüş-macəra oyunu
Yaş reytinqləri ESRB: MMature
Rejissor
Dizaynerlər Devid Keyc
Ssenarist Devid Keyc
Proqramçı Giyom de Fonemyer
Bəstəkar
  • Ancelo Badalamenti
  • Normand Korbeyl
Texniki məlumat
Platformalar
Oyun rejimləri Təknəfərli oyun
İnterfeysin dili ingilis dili, fransız dili, alman dili, ispan dili, rus dili[1]
Daşıyıcı optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
Sistem tələbləri
İdarəetmə Klaviaturasiçan
Rəsmi saytı
Bağla

8 noyabr 2011-ci il tarixində Quantic Dream oyunun senzurasız variantını GOG.com saytı vasitəsi ilə PC üçün yayınladı.[5] Oyunun yenidən düzəldilmiş versiyası isə Fahrenheit: Indigo Prophecy Remastered adlandırıldı. Yeni versiya Aspyr tərəfindən hazırlanmış və 2015-ci ilin yanvarında Microsoft Windows, OS X, LinuxiOS üçün yayınlanmışdır. PlayStation 4 üçün uyğunlaşdırılan port isə Sony Interactive Entertainmentdə International Software Development Group tərəfindən təkmilləşdirilmiş, 9 avqust 2016-cı ildə PlayStation Network üzərindən yayına buraxılmışdır.

Fahrenheit Nyu-Yorkda baş verən oxşar yolla törədilən adi insanın anidən vəhşiləşməsi və cəmiyyət daxilində cinayətlər törətməsindən bəhs edən paranormal trillerdir. Hekayənin əsas qəhrəmanları cinayətlərin arxasındakı fövqəltəbii qüvvələri izah etməlidir. Oyun həm də təkmilləşdiricinin təkidi ilə üçüncü şəxs macəra oyunu janrına daxil edilməmiş, ilk dəfə olaraq interaktiv film-oyun janrı adı altında yayımlanan oyun olmuşdur. Oyun həmçinin budaqlanan, şaxəli ssenari xəttinə, hərəkətli animasiya sisteminə, bölünmüş ekran kameralarına və oyunu daha gerçək edən qərəzsiz və realist interfeysə malikdir. Hətta oyundakı hadisə tətikləyicilər belə zaman anlayışına malikdir, bu isə oyunu öz növbəsində dövrünün oyunlarına görə daha çox oyunçudan asılı olaraq inkişaf edən bir oyun edir.

Qəbul

Fahrenheit-in satışları 2008-ci ilin fevralından etibarən 700.000 nüsxəni keçmişdi, bu say 2015-ci ildə isə 1 milyona qədər yüksəldi.[6] Metacritic saytına əsasən, oyun ümumilikdə müsbət rəylər almışdır, belə ki, XBOX versiyası 84/100,[7] PC versiyası 85/100,[8] və PlayStation 2 versiyası isə 83/100 ortalamaya layiq görülmüşdü.[9]

GameSpot-a görə: "Fahrenheit oyunçuya bəzi yerlərdə sinematik oynayış həzzi verir, digər hissələrdə isə, əsasən, olduqca həyəcanlı oyun həzzi verir. Lakin oyun, əsasən, ssenari xəttinə görə məşhurluq qazanmışdır. Ssenari olduqca dərin və mənalıdır və insanı özünə bağlayan axıcılığa malikdir."[10] Oyunun musiqisi isə oyunu bu qədər uğurlu edən digər bir hissədir və bu tərəfinə görə IGN-dən olduqca müsbət rəylər almışdır.[11] Eurogamer qeyd edir ki: "Oyunda bir neçə idarəetmə və kamera kimi məsələlər var idi, lakin demək olar ki, bu oyunu həmin illər içərisində çıxan oyunlar içərisində ən həzz verici, gələcəyə yönümlü oyun hissəsi idi. Biz düşünmürdük ki, bunu deyəcəyik, amma bu oyun macəra janrında olduqca böyük addım idi".[12] Computer Gaming World-dən Con Devidson isə ümumilikdə oyunu durğun bir janrın olduqca parlaq bir yenidən doğumu və interaktiv film-oyun janrının uğurlu qayıdışı hesab edir."[13]

Fahrenheit 2005-ci ildə Computer Games Magazine[14] GameSpot,[15] GameSpy, PC Gamer US,[16][17]IGN tərəfindən ilin ən yaxşı macəra oyunu hesab edildi.[18] PC Gamer-dən Loqan Deker yazır: "Macəra janrında olan oyunlar üçün məyusedici bir ildə Fahrenheit bütün maneələri parçaladı və janrın görkəmini özünə qaytardı".[17] Fahrenheit GameSpot-dan "Ən yaxşı hekayə" xüsusi mükafatını qazandı və saytın "Ən yaxşı musiqi", "Ən yaxşı dublyaj", "Ən innovasiyalı oyun" və "Ən yaxşı oyun mexanikası" kateqoriyalarında əsas mükafata namizəd olaraq göstərildi.[15] 2008-ci ildə Fahrenheit Game Informer-in ən yaxşı 10 videooyun siyahısında yer aldı.[19]

2011-ci ildə Adventure Gamers Fahrenheit-i tarixin ən yaxşı 57-ci macəra oyunu kimi qeyd etdi.[20]

"Remastered" versiyası

Fahrenheit: Indigo Prophecy Remastered PC üçün olduqca müxtəlif,[21] iOS üçün isə müsbət rəylər aldı.[22] IGN-dən Deyv Rudden bildirdi ki, oyunda daha böyük yüksəltmələr ola bilərdi, oyunun hələ də axıcı olan ssenarisini təriflədi, maraqlı kriminal konsepti, fərqli obrazları, yaradıcı dialoq sistemi və dublyajı olduğunu bildirdi. Digər tərəfdən isə düymələrlə idarəetməni və oyundakı proqram səhvlərinin (ing. software bug) əsas problem olduğunu söylədi.[23] TouchArcade qeyd edir ki: "Oyun öz ssenari xətti, sirli qəhrəmanları, vizual və səs effektləri ilə olduqca uğurludur, lakin digər konsol portları kimi çətin idarəolunandır".[24]

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.