Fəzail Feyruz oğlu İbrahimli (12 aprel 1951, Çanaxbulaq, Yardımlı rayonu) — Azərbaycan tarixçisi, dövlət xadimi, Azərbaycan Milli Məclisinin deputatı və sədr müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini (1992), professor.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fəzail İbrahimli | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Sədr | Sahibə Qafarova |
Əvvəlki | Bahar Muradova |
Vəzifədədir | |
2006-cı ildən | |
Seçki dairəsi | 2006, 2010, 2015, 2020 — 69 saylı Cəlilabad-Masallı-Biləsuvar |
24 noyabr 2000 – 2 dekabr 2005 | |
Seçki dairəsi | 2000 — Proporsional |
Vəzifədədir | |
14 fevral 2021-ci ildən | |
Sədr | Sabir Rüstəmxanlı |
Əvvəlki | Vəzifə təsis edildi. |
1992 – 14 fevral 2021 | |
Sədr | Sabir Rüstəmxanlı |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 aprel 1951 (73 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Fəzail Feyruz oğlu İbrahimli 12 aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1969–1973-cü illərdə Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. Ardınca, təyinatla Yardımlıya göndərilmiş, 1973–1977-ci illərdə rayonun Çanaqbulaq kənd məktəbində müəllim işləmişdir.
1977–1979-cu illərdə hərbi xidmətdə olub.
1979–1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetinin Kommunist partiyası tarixi kafedrasında[1][2] müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir.
Siyasi fəaliyyəti
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2000, 2006 (təkrar), 2010, 2015 və 2020-ci illərdə keçirilən parlamant seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat seçilib və 2006-cı ildən Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub.
2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. Hazırda VHP Siyasi Şurasının üzvü və partiya sədrinin birinci (İdeoloji məsələlər) üzrə müavinidir.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]
Şəxsi həyatı
Ailəlidir, üç övladı var.
2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[4]
Mükafatları
- 12 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib[5]
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.