saz ifaçısı, alim From Wikipedia, the free encyclopedia
Fəxrəddin Salim (Fəxrəddin Elşad oğlu Baxşəliyev; 10 sentyabr 1969, Kükü, Şahbuz rayonu) — Azərbaycanlı alim, musiqişünas, ələsgərşünas, aşıq, şair, sufi, dərviş; filologiya üzrə fəlsəfə doktoru, musiqi müəllimi, Azərbaycan Milli Konservatoriyasının dosenti.[1]
Fəxrəddin Salim | |
---|---|
Doğum tarixi | 10 sentyabr 1969 (55 yaş) |
Doğum yeri | |
Elm sahələri | musiqi, aşıq yaradıcılığı, sufilik, Əruz |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəxrəddin Salim 1969-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Kükü kəndində doğulub. İlk təhsilini Naxçıvan şəhər H.Cavid adına 5 saylı orta məktəbdə alıb. 1984-cü ildə 8 illiyi bitirəndən sonra Naxçıvan Musiqi texnikumuna (indiki Naxçıvan Musiqi Kolleci) daxil olub. 1988-ci ilə qədər orada tarzən, Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin sinfində təhsil alıb. 1988-ci ildə hərbi xidmətə gedib və 1990-cı ildə xidmətini başa vurub. Elə həmin ildə də Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri fakultəsinin tar sinfinə daxil olub.[2] Bakı Musiqi Akademiyasını 1996-cı ildə bitirib.
Ailəlidir, bir qızı var.
Tələbəlik illərində bir neçə yerli və beynəlxalq müsabiqələrin qalibi olub. Eyni zamanda tələbə elmi cəmiyyətlərində də fəaliyyət göstərib. Sufizmlə bağlı ilk elmi tədqiqatlarına həmin illərdə başlayıb. M.Füzulinin "Leyli və Məcnun əsərində təsəvvüf" adlı iri həcmli təfqiqatı bu sahədədəki ilk ciddi işi sayılır.
Təbrizdə bir neçə il tar, saz və musiqi nəzəriyyəsi müəllimi kimi fəaliyyət göstərib. Lakin, İranda iş icazəsi ala bilmədiyi üçün 2000-ci ildə Bakıya dönüb.
2000-2014-cü illərdə AMEA Folklor İnstitutunda elmi işçi vəzifəsində işləyib.
Bu illər ərzində bütün Avropanı gəzib konsertlər və elmi seminarlar keçirib. Bu səfərlər əsasən dövlət xəttiylə baş tuturdu. Fransada "Roman yolu və səsi" festivalında (2003), Hollandiyada (2004), Türkiyənin Konya şəhərində "Mistik musiqi festivalında" (2004), Pakistanın Karaçi şəhərində "Beynəlxalq sufi-mistik musiqi müsabiqəsində" (2006) və s. tədbirlərdə iştirak edərək, Azərbaycan adına yüksək mükafatlar qazanıb. 2009-cu ildə ABŞ-nin Çikaqo şəhərində bir neçə ay fəaliyyət göstərib. Buradakı fəaliyyəti həm azərbaycandilli telekanalda, həm də müxtəlif universitet və elmi dairələrdə çıxışlarından ibarət olub.
2013-cü ildə Dünya Ələvi-Bektaşi Federasiyasının 4-cü qurultayına nümayəndə olaraq İstanbula gedib və Dünya Ələvi-Bektaşilərinin 17 divan üzvündən biri seçilib.
2014-cü ildən hal-hazıra qədər Azərbaycan Milli Konservatoriyasında musiqinin tarixi və nəzəriyyəsi ixtisasları üzrə dərs deyir.
2018-ci ildən həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik sinfində əruz vəznindən dərs keçir.
Eyni zamanda dövri mətbuatda minlərlə yazıları dərc olunmuşdur. Hal-hazırda da "Kaspi" qəzetində ayrıca rubrika altında yazıları gedir.
Novruz Novruzlunun rəhbəri olduğu Savalan musiqi qrupunda saz və ud ifaçısı kimi fəaliyyət göstərmişdir.[3][4] 2003-cü ildə "Savalan"da çalışarkən Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu birlikdə Fəxrəddin Salimin yaradıcılığından ibarət "Üz tuturam Tanrıya" tamaşası və böyük Yunus Əmrə dünyasını əhatə edən "Olsun" meditasion-ruhani hazırlanıb göstərilmişdir.[3][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.