Remove ads
From Wikipedia, the free encyclopedia
Fərhad Teymur oğlu Əhmədov (rus. Фархад Теймурович Ахмедов; 15 sentyabr 1955, Bakı) — əslən Azərbaycandan olan rusiyalı iş adamı və siyasi xadim, mesenat və filantropdur.
Fərhad Əhmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Göyçay rayonu, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Anna Əhmədova |
Atası | Teymur Əhmədov[d] |
Fəaliyyəti | iş adamı, iqtisadçı, siyasətçi, dövlət xadimi |
Elmi dərəcəsi |
|
Mükafatları | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
15 sentyabr 1955-ci ildə Azərbaycan SSR, Göyçay şəhərində anadan olub. Kökləri tarixi Azərbaycanın Qərb (Zəngəzur) regionuna gedib çıxan qədim nəsildəndir. Uşaqlığı Azərbaycanın mərkəzi regionunda yerləşən, atasının işlədiyi Göyçay şəhərində keçib. Orta məktəbi orada bitirib (1961–1971-ci illər).
Fərhad Əhmədovun atası – Teymur Fərəc oğlu Əhmədov uzun illər ərzində rəhbər vəzifələrdə işləmişdir. Son vəzifəsi tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv zavodunun direktoru vəzifəsi olmuşdur. 1969-cu ildə zavodun ilk direktoru olmuşdur. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması üzrə saxta ittihamla həbs olunmuş və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum olunmuşdur. Hökm 1973-cü ildə icra olunmuşdur (dəfn olunduğu yer 2012-ci ildə tapılıb).
T. Əhmədovun həbsi onun bütün ailə üzvlərinin faktiki təcridinə və onların vətəndaş hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bu səbəbdən F. Əhmədov 1971-ci ildə on beş yaşında Azərbaycanı tərk etmiş və Moskvaya köçmüşdür. Öz xatirələrinə görə Bakıdan gedərkən onun cəmi 48 rubl pulu və minimal rus dili biliyi var idi. O, Moskvada 85 nömrəli texniki-peşə məktəbinə (çilingər-montajçı) daxil olur və məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılır (1975–1977-ci illər, HDD, baş serjant, vzvod komandiri).
Xidməti başa vurduqdan sonra o, komandanlığın tövsiyəsi ilə sənədlərini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) verir, lakin atasının məhkumluğu səbəbindən qəbul komissiyası tərəfindən qəbul imtahanlarına buraxılmır.
1978-ci ildə F. Əhmədov K. İ. Skryabin adına Moskva Baytarlıq Akademiyasına daxil olur və oranı 1983-cü ildə "Xəz məmulatlarının texnologiyası və əmtəəşünaslığı" ixtisası üzrə qiyabi bitirir.
1986–1994-cü illərdə Londonda yaşamışdır. İlk mərhələdə beynəlxalq bazarlarda xəz satışı ilə məşğul olur. Sonralar SSRİ-nin neft-qaz sənayesi üçün avadanlığın təchizatı, neft və neft məhsullarının satışı üzrə ixtisaslaşan Tansley Trading şirkətini yaradır və ona rəhbərlik edir.
1980–1990-cı illərdə Xəzər dənizi hövzəsində dərin sularda neft-qaz yataqlarının işlənməsi üzrə beynəlxalq layihələrdə bilavasitə iştirak etmişdir. Öncədən qurduğu əlaqələrdən istifadə edərək layihəyə Amerikanın Amoco Eurasia Petroleum Corporation və McDermott International neft şirkətlərinin cəlb edilməsinə şərait yaratmışdır. Əsas sənədlərin işlənib hazırlanmasında iştirak edərək "Əsrin müqaviləsinin" – müstəqil Azərbaycanla neft şirkətlərinin beynəlxalq konsorsiumu arasında Xəzərin enerji ehtiyatlarının işlənməsi haqqında sazişin (20.09.1994-cü ildə Bakıda imzalanıb) reallaşdırılmasına əhəmiyyətli töhfəsini vermişdir. Həmin müqavilə Azərbaycanın indiki səviyyəsinin və rifahının əsasını qoymuşdur.
F. Əhmədovun xatirələrinə görə, hələ SSRİ-nin dağılmasından əvvəl başlamış danışıqlar çoxsaylı siyasi, təşkilati və texniki xarakterli maneələrlə üzləşirdi, lakin artıq müstəqil Azərbaycanda və ilk öncə Natiq Əliyev və Xoşbəxt Yusifzadənin (sonradan Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərləri) daxil olduğu komandanın müntəzəm işi sayəsində müvəffəqiyyətlə başa çatdırıldı.[1]
1995-ci ildən başlayaraq F. Əhmədov diqqətini Rusiyada biznesə yönəldir və Şimali Sibirdə qaz yataqlarını işləyən "Nortqaz" şirkətinə minoritar səhmdar kimi daxil olur; eyni zamanda FARCO Securities investisiya şirkətinin Direktorlar şurasına rəhbərlik edir (1995–1998-ci illər) və "Nortqaz" Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar şurasına daxil olur (1994–2001-ci illər).
2002-ci ildə "Nortqaz" QSC-nin Direktorlar şurasına rəhbərlik edir. Qısa müddət ərzində şirkəti zərərli vəziyyətdən sabit mənfəətə gətirib çıxarır.[2] 2005-ci ildə Rusiyanın qaz inhisarçısı "Qazprom"un təzyiqi altında "Nortqaz"ın səhmlərinin 51%-ni ona güzəştə gedir.[3]
2012-ci ildə Əhmədov ona məxsus 49% səhmləri 1,375 mlrd. dollara "Novatek" şirkətinə satır və neft-qaz treyderi statusunu xüsusi investor statusuna dəyişir.
Sahibkarlıq fəaliyyətinə paralel olaraq İ. M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin qiyabi aspiranturasını bitirmiş, iqtisad elmləri namizədi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Beynəlxalq Texnoloji Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
F. Əhmədov on ildən artıq müddətdir ki, Forbes jurnalının Rusiya versiyasına görə dəyişməz olaraq Rusiyanın 200 ən zəngin adamı reytinqinə daxildir. 2019-cu ilə olan vəziyyətə görə Rusiyanın ən zəngin şəxslərinin reytinqində 67-ci yeri tuturdu (şəxsi var-dövləti 1,4 mlrd. dollar təşkil edir).[4] Forbes-in ümumdünya versiyasına görə milyarderlərin siyahısında 2141-ci yeri tutur.
F. Əhmədov var-dövlətinin qanuniliyini asanlıqla sübuta yetirə bilən Rusiyalı milyarderlərin kiçik çevrəsinə daxildir. O, heç vaxt "girov hərraclarında" iştirak etməyib və dövlətin büdcə subsidiyalarından istifadə etməyən bir neçə iri Rusiya biznesmenindən biridir. Forbes dosyesində Əhmədov self-made man ("uğuruna görə özünə borclu olan şəxs") kimi qeyd olunub.[4]
2004-cü ildə F. Əhmədov RF Federasiya Şurasında Krasnodar diyarının Administrasiyasının nümayəndəsi təyin olunmuşdur (2007-ci ilə qədər). Rusiya Federasiyasının qanunverici hakimiyyətinin ali palatasında təmsil olunan birinci və hal hazıradək yeganə etnik azərbaycanlıdır.
Regionun siyasi və iqtisadi həyatında fəal iştirak edib. Krasnodar diyarında müasir turizm klasterinin inkişafının əsasını qoymuş, diyarın investisiya baxımından cəlbedici region kimi inkişafına imkan yaratmışdır.
2007-ci ildə Federasiya Şurasında Nenets Muxtar Dairəsinin Deputatlar yığıncağının nümayəndəsi təyin olunmuşdur (2009-cu ilədək).
FŞ-də işlədiyi dövrdə Hüquqi məsələlər üzrə komitənin üzvü kimi Rusiya Federasiyasının bir sıra qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul olunmasımnda iştirak etmişdir.
2007–2010-cu illər ərzində Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Rusiya nümayəndə heyətinin işində fəal iştirak etmiş, Azərbaycanda da daxil olmaqla, dəfələrlə seçkilərdə beynəlxalq müşahidəçi olmuşdur.
Həmin dövrdə geniş beynəlxalq əlaqələr və münasibətlər qurmuş və onların sayəsində 2015-ci ildə kəskinləşmiş Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılmasına həlledici töhfəsini vermiş – Türkiyə Prezidenti ilə şəxsi görüşündə fikir ayrılıqlarının hər iki tərəfi qane edən yeganə mümkün tənzimləmə variantını təklif etmişdir (bu fakt sonradan Türkiyənin xarici işlər naziri M. Çavuşoğlu tərəfindən elan edilmişdir).[5]
2018-ci ilin yanvar ayında F. Əhmədov digərləri ilə yanaşı "Kreml məruzəsinə" — ABŞ Maliyyə Nazirliyi tərəfindən "ABŞ əleyhdarları ilə sanksiyalar vasitəsilə mübarizə haqqında" (CAATSA) qanununa uyğun olaraq, Amerika Konqresinə təqdim olunmuş sənədə daxil edilmişdir. ABŞ qanunvericiliyi baxımından sənədə daxil edilmə onda sadalanan şəxslər üçün hüquqi nəticələri nəzərdə tutmur.[6]
2006-cı ildə F. Əhmədov ilk direktoru atası olan Göyçay Konserv zavodunu almış və əhəmiyyətli investisiyalardan sonra onun fəaliyyətini bərpa etmişdir.
2009-cu ildən etibarən Teymur Əhmədov adına "AZNAR" Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar şurasının sədri və səhmdarıdır.[7] Təkcə ilkin mərhələdə layihəyə 55 mln. dollar investisiya qoymuşdur,[4] bu da həm bazara çıxarılan, həm də ixrac olunan (o cümlədən, ABŞ, Avropa, Yaponiya, Çin, Yeni Zelandiyaya) yüksək keyfiyyətli məhsulların (ilk öncə nar şirəsinin) buraxılışına başlamağa və Azərbaycanın Göyçay və İsmayıllı rayonlarında yüzlərlə iş yeri yaratmağa imkan vermişdir.[8]
Son illər ərzində qida sənayesinin maliyyələşdirilməsindən əlavə, F. Əhmədov kənd təsərrüfatının, o cümlədən balıqçılıq, heyvandarlıq, arıçılıq, üzümçülüyün inkişafına xeyli sərmayə qoymuş, özünə məxsus üzüm bağlarının üzümündən yüksək keyfiyyətli çaxırın istehsalını təşkil etmişdir. Digər irimiqyaslı layihələrə xüsusilə otel və tibb sektoruna sərmayə qoymuşdur.
2020-ci ilə olan vəziyyətə görə iş adamının Azərbaycandakı layihələrə qoyduğu maliyyə vəsaitlərinin ümumi həcmi 200 mln. dollardan artıqdır.
Üç dəfə evli olub. Həmin nikahlardan altı övladı var.
· Anna Əhmədova (1979-cu il təvəllüdlü)
· Süleyman Əhmədov (2013-cü il təvəllüdlü)
· Ariya Əhmədova (2017-ci il təvəllüdlü)
· Adam Əhmədov (2020-ci il təvəllüdlü)
Həyat yoldaşı – Anna Əhmədova (Adamova), 1983-cü il təvəllüdlü.
F. Əhmədov "Nortqaz" QSC-dəki payını satdıqdan dərhal sonra onun keçmiş həyat yoldaşı – 2000-ci ildən etibarən Rusiyada boşanmış olduğu Tatyana Əhmədova, hüquqi boşluqlardan və milli qanunvericiliklərin fərqli məqamlarından istifadə edərək Londonda məhkəmə iddiası qaldırmışdır. 2016-cı ilin dekabrında London Ali məhkəməsi, Əhmədovun daha öncə əmlakının bir hissəsini keçmiş həyat yoldaşına verməsinə və onun daimi aylıq təminatına baxmayaraq, iddiaçının tərəfini tutmuş, guya "birgə qazanılmış əmlakdan" onun nəfinə 453 mln. funt sterlinq ($585 mln. və ya 41,5%) təyin etmişdir, halbuki keçmiş həyat yoldaşı Londondan kənara çıxmamış və Sibirdə neft-qaz aktivlərinin yaradılmasında iştirak etməmişdir.[9] Qərar F. Əhmədovu apelyasiya vermək texniki imkanından məhrum edən formada qəbul edilmişdir.
Məhkəmənin bu mövqeyinə məhkəmə F. Əhmədovdan əsassız olaraq "Qazprom" və "Novatek"in kommersiya sirrini təşkil edən sənədləri tələb etdikdən sonra F. Əhmədovun onunla əməkdaşlığı rədd etməsi səbəb olmuşdur.
F. Əhmədov məhkəmənin qərarını rədd etmiş, bundan sonra məhkəmə onun aktivlərinin dondurulması haqqında beynəlxalq order dərc etmişdir.[9] Daha sonra T. Əhmədova müvəffəqiyyət qazandığı təqdirdə ona çatacaq məbləğin 30%-i müqabilində Burford Capital beynəlxalq hüquq şirkəti ilə razılaşmışdır.[10]
Məhkəmə çəkişməsinin episentrində F. Əhmədovun ailə üzvlərinə məxsus, London məhkəməsinin orderi əsasında 2017-ci ilin oktyabrında Dubayda üzərinə həbs qoyulmuş Luna yaxtası dururdu. İkiillik proses 2019-cu ilin oktyabr ayında F. Əhmədovun nəfinə qərar çıxarılmaqla və gəminin üzərindən həbsin götürülməsi ilə başa çatdı. Dubay məhkəməsinin qərarının əhəmiyyətli təsiri Burford Capital-ın səhmlərinin 75% aşağı düşməsi olmuşdur.[11]
Dubaydakı uğursuzluğa baxmayaraq, T. Əhmədova və Burford Capital F. Əhmədova qarşı Podmoskovye məhkəməsinə iddia verməyə çalışmış (rədd edilib), 2020-ci ilin yanvar ayında isə Londonda yeni – artıq Fərhad və Tatyana Əhmədovların böyük oğlu Teymura qarşı iddia qaldırmışdır.[12] Prosesin gedişində ananın oğula qarşı tərəfini tutan ingilis ədalət mühakiməsinin satıldığı və qərəzliliyi yenidən üzə çıxdı.
Xeyriyyəçilik F. Əhmədovun həyat fəlsəfəsinin prinsipial təməllərindən biridir. O, "AZNAR" və digər təşkilatlar vasitəsilə mütəmadi olaraq məktəblərə, uşaq təşkilatlarına, tibb müəssisələrinə, tələbələrə, əlillərə və veteranlara maddi yardım göstərir.
İş adamı dəfələrlə Azərbaycan rəssamlarının əsərlərinin xaricdə – London, Venesiya və Parisdə sərgilərini təşkil edib. Uzun illərdir ki, Əhmədovun xeyriyyəçiliyinin adresatı onun kiçik Vətəni — Azərbaycanın Göyçay rayonudur. O, burada müxtəlif idman tədbirlərinə və festivallara sponsorluq edir.
F. Əhmədov "Nar festivalının" – artıq 15 ildir ki, noyabr ayının ilk ongünlüyündə Göyçay rayonunda keçirilən və ildən ilə artan ümummilli və beynəlxalq marağa səbəb olan mədəni-kütləvi tədbirin təşəbbüskarı və əsas sponsorudur.
2020-ci ilin mart ayında, koronavirus pandemiyasının qızğın çağında Azərbaycanın Prezidenti İlham Əliyevin çağırışına cavab verərək, rəhbərlik etdiyi "AZNAR" QSC-nin adından Koronavirusla mübarizə fonduna 1 mln. manat vəsait köçürmüşdür.[13] O, həmçinin Göyçay rayonunda 1600 ailəyə maliyyə və ərzaq dəstəyi göstərmişdir.
İkinci Qarabağ Müharibəsi dövründə (2020-ci ilin sentyabr-noyabr ayları) F. Əhmədovun rəhbərlik etdiyi "AZNAR" QSC Azərbaycan Silahlı Qüvvələrinə əvəzsiz yardım şəklində 1 mln. manat dəyərində dərman, geyim, ərzaq məhsulları və digər ilkin tələbat əşyaları göndərmişdir.[xxiii] Müharibə başa çatdıqdan sonra F. Əhmədov həlak olan hərbçilərin və müharibə veteranlarının ailələrinə dəstək fonduna daha 1 mln. manat köçürmüşdür.[xxiv]
İCTİMAİ FƏALLIĞI
Tez-tez kütləvi informasiya vasitələrində, həmçinin Facebookdakı[xxv] səhifəsində, "Exo Moskvı" portalında (şəxsi bloqunun olduğu portalda), Rusiya, Azərbaycan, bir sıra digər dövlətlərin müxtəlif KİV-də geniş spektrli ciddi problemlər, o cümlədən aşağıdakı məsələlər üzrə çıxışlar edir:
· Qlobal siyasət və iqtisadiyyat.[xxvi]
· Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda islahatlar.[xxvii]
· Azərbaycanda daxili siyasət və islahatlar.[xxviii]
· Rusiya-Türkiyə münasibətləri.[xxix]
Çox vaxt müraciət və ya açıq məktub janrından istifadə edir. Nəşrləri açıq və kəskin polemik üslubu ilə xarakterizə olunur və ziddiyyətli rəylərə səbəb olur. Xüsusilə 2016-cı ilin avqustunda dərc olunmuş "Dünyaya şans verin!"[xxx] (Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqqında) adlı məqalə-müraciəti və "Müxalifətin faydası haqqında" essesi[xxxi] (2019-cu ilin dekabrı, Azərbaycandakı növbəti parlament seçkiləri haqqında) mübahisəyə səbəb olmuşdur. Bu və digər nəşrlərində Əhmədov Azərbaycanın Prezidenti İlham Əliyevin siyasətini, xüsusilə də onun 21-ci əsrin çağırışları qarşısında cəmiyyətin və dövlətin yenidən qurulması kursunu tam dəstəklədiyini bəyan edir.[xxxii]
15 sentyabr 2020-ci il tarixdə Azərbaycanın Prezidenti İlham Əliyev Fərhad Teymur oğlu Əhmədovun Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunması haqqında fərman imzalamışdır.
F. Əhmədovun şəxsiyyəti, onun siyasi esseləri və boşanma prosesinin gözlənilməz dəyişiklikləri siyasiləşdirilmiş qəzetlərdən və "sarı mətbuatın" tabloidlərindən tutmuş Forbes səviyyəli ciddi sahə nəşrlərinədək bütün KİV-in daim diqqət mərkəzindədir.
HOBBİ VƏ MARAQLARI, ÜNSİYYƏT DAİRƏSİ
Rəsm kolleksiyası, ilk növbədə, Azərbaycan rəssamlarının əsərlərini toplayır. Mətbuatın məlumatına görə 2015-ci ildə məşhur Amerika rəssamı Mark Rotkonun Untitled Yellow and Blue adlı rəsm əsərini 46.5 mln. dollara alıb.[xxxiii]
Ovçuluqla məşğul olur. Son illər ərzində təbiətin qoynunda ailəsi ilə istirahətə üstünlük verir.
Siyasi dairələrdə və müxtəlif dövlətlərin biznes-elitasında geniş çoxşaxəli əlaqələrə malikdir. KİV-də müxtəlif dövrlərdə onun dostları arasında Roman Abramoviçin, Pyotr Avenin, German Qrefin, Boris Berezovskinin, Yevgeni Şvidlerin adları çəkilir.
VASİTƏSİZ NİTQ (F. Əhmədovdan sitatlar)
"Mən emosionalam. Lakin emosiyalarımı saxlayıram. Ümumiyyətlə isə mən nikbinəm. Mənfi düşünmürəm, insanlar, təbiət haqqında pis danışmıram, hər şeyi müsbət qarşılayıram".[xxxiv]
"Hər şey insandan asılıdır. Özünü kökləməsindən və daxili motivasiyasından. Qarşımda qoyduğum bütün məqsədlərə nail oluram… Mən gün ərzində 24 saat işləyirəm. Hətta yuxuda da".[xxxv]
"Biznesdə prinsipcə dost ola bilməz. Uşaqlıqda sevimli kitabım Cek Londonun "Dəniz canavarı" kitabı olmuşdur. Mən də tənha canavaram. Mənim heç vaxt biznes şərikim olmayıb. Biznesdən kənar dostlarım, əlbəttə ki, var".[xxxvi]
"…Biz hamımız <Azərbaycan> Prezidentinin islahatlarını dəstəkləməliyik. Prezidentlə xalqın birliyi olmasa ölkə islahatlar apara bilməz, qanunsuz işğal olunmuş torpaqları da qaytara bilməz… İstərdim ki, yaxın günlərdə dünyaya gəlişini gözlədiyimiz oğlum çiçəklənən Azərbaycanda yaşaya bilsin. Öz birliyini bərpa edən, regionun lideri, qonşu ölkələr üçün mayak olan ölkədə" (Prezident İlham Əliyevin islahatlarının dəstəklənməsi haqqında).[xxxvii]
"Hər bir azərbaycanlı və erməni özündən, ən çətin ilk addımdan başlamalı – bağışlamağa və qəlblərindən müharibə şeytanlarını çıxarmağa cəhd etməlidir" (Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları haqqında).[xxxviii]
[iii]https://haqqin.az/news/158906
[iv]https://polit.ru/article/2019/12/26/az/
[v]https://www.gazprom.com/press/news/2005/june/article63166/
[vi]https://www.forbes.ru/profile/farhad-ahmedov
[vii]https://www.forbes.com/profile/farkhad-akhmedov/#47871ac43deb
[ix]http://azeridaily.com/news/23114
[x]https://assets.bwbx.io/documents/users/iqjWHBFdfxIU/rJRW6xrdtLJE/v0
[xi]https://aznar.az/factory/directors/
[xii]https://www.forbes.com/profile/farkhad-akhmedov/#47871ac43deb
[xiii]http://rusturinvest.ru/article/oazis-azerbaydzhana-4713.html
[xviii]https://www.facebook.com/versia.ru/posts/2826399500721014
[xx]https://web.archive.org/web/20140428001805/http://www.aznar.az/en/charity.html
[xxi]ru:Праздник граната
[xxii]https://haqqin.az/news/173053
[xxiii] https://haqqin.az/news/190652/
[xxiv] https://haqqin.az/news/197119/
[xxv]https://www.facebook.com/FTAkhmedov/
[xxvi]https://echo.msk.ru/blog/f_ahmedov/2620665-echo; https://rg.ru/2020/04/27/farhad-ahmedov-stanem-li-my-drugimi-posle-pobedy-nad-pandemiej.html
[xxvii]https://echo.msk.ru/blog/f_ahmedov/2578208-echo/
[xxix]https://english.pravda.ru/news/world/145351-turkish/
[xxx]https://www.kp.ru/daily/26566/3582119/
[xxxi]https://ru-ru.facebook.com/FTAkhmedov/posts/2896037663781714
[xxxii]https://musavat.com/ru/news/farhad-ahmedov-podderzhal-reformy-prezidenta_651689.html
[xxxiv]https://www.forbes.ru/forbes-style/issue/2009-05/7816-kulturnyi-treugolnik
[xxxv]https://www.forbes.ru/forbes-style/issue/2009-05/7816-kulturnyi-treugolnik
[xxxvi]https://www.forbes.ru/forbes-style/issue/2009-05/7816-kulturnyi-treugolnik
[xxxvii]https://ednews.net/ru/news/politics/407782-posleslovie-k-postu-o-polze-oppozicii-farxada-axmedova
[xxxviii]http://www.ng.ru/politics/2016-08-11/100_akhmedov110816.html
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.