From Wikipedia, the free encyclopedia
Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi.
Fələki Şirvani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Vətəndaşlığı | Şirvanşahlar dövləti |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | fars dili |
Janr | lirika |
Fələki Şirvani Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Fələki Şirvani 1108-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. XII əsrin I yarısında yazıb yaratmış Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olmuşdur. Bir sıra mənbələrə əsasən əsl adı Məhəmməddir. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. Nücum və astronomiya elmlərinə dərindən bələd olan şair İxtisasına uyğun olaraq "Fələki" təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr etmişdir. Buna baxmayaraq F.Şirvani həbsxanaya salınmış və burada "Həbsiyyə" qəsidəsini yazmışdır. Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki cavan yaşlarında, 1146-cı ildə vəfat etmişdir.
Fələki Şirvaninin yaradıcılığında məhəbbət lirikası, təbiət tərənnümləri də güclüdür. Onun poeziyası özündə XI-XII əsrlər Azərbaycan ədəbiyyatında dünyəvi şerin inkişaf mrhələlərini izləmək üçün zəngin material verir. Çünki bu poeziya Şərq ədəbiyyatının bütün mütərəqqi ənənələrini, o cümlədən insan gözəlliklərinin, onun daxili aləminin bədii inikasında təbiət lövhələrinə müqayisəli müraciətin əlvan forma və üsullarını yaradıcı şəkildə inkişaf etdirir. Əsərləri yüksək sənətkarlıq keyfiyyətlərinə malik olan Fələkinin məhəbbət təranələri öz zərifliyi və səmimiliyi ilə şüurlarda həkk olub qalır, qəlbləri riqqətə gətirir. Maraqlıdır ki, Orta əsrlər Yaxın Şərq şerində bu və ya digər dərəcədə özünü büruzə verən, ənənələrdən gəlmə qeyri-real, mistik meyillərdən Fələkinin aşiqanə lirikasında heç bir əlamət yoxdur. Onun "ay buxaqlı", "günəş camallı", "ləbləri həyat çeşməsi olan", "nərgiz gözlü", "zülfləri ənbər qoxuyan", "dişləri inci" gözəli təbii, real varlıqdır, Yer övladıdır. Fələki Şirvaninin "Divan"ının çox səhifələrində bu gözəlin rəngarəng təsvir vasitəsilə poetik portreti öz inikasını tapır.
Dövrünün bir sıra tarixi fakt və hadisələrini özündə əks etdirməsi ilə həm də tarixi mənbə kimi böyük əhəmiyyətə malik olan Fələki Şirvaninin poeziyasının ideya-fəlsəfi axtarışlarına ictimai-tarixi hadisələrdən doğan dövranın cövr-cəfasından şikayət və haqsızlıqlara qarşı etiraz motivləri də qarışır. Bu hal onun "Həbsiyyə" silsiləsinə daxil olan və həmin ad altında yazdığı şeirlərdə daha qabarıq nəzərə çarpır.[1]
Dərdimə kimsə mədədkar deyil,
Nə edim bəxt mənə yar deyil.
Öldürüb səbrü intizar məni,
Bəs nədir çarəm intizar deyil?
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.