From Wikipedia, the free encyclopedia
Elnur Mehdiyev — rejissor, aktyor.
Elnur Mehdiyev | |
---|---|
Elnur Cahangir oğlu Mehdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor, aktyor |
Elnur Cahangir oğlu Mehdiyev 25 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə, məktəbdə oxuyarkən, ilk dəfə “Kişi sözü” adlı bədii musiqili kinofilmində aktyor kimi iştirak etmişdir. 1992-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii kino və televiziya filmləri ixtisası üzrə rejissorluq fakültəsində ali təhsil almışdır.
1997-ci ildə Türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyyə” romanının motivləri əsasında “Məhəbbətin hökmü” adlı tammetrajlı bədii televiziya filmini quruluşçu rejissoru olmuşdur. Və həmin film Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilmişdir. Qeyd edək ki bu günə qədər mütəmadi olaraq göstərilir.
1998-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan ”Mozalan” studiyasında bir çox satirik və yumoristik qısametrajlı bədii və sənədli filmlərin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur.
2000-ci ildə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Debüt” studiyasının nəznində “Sifarişçi” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olmuşdur. Həmin film 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında ilk dəfə keçirilən, Gənclər gününə həsr olunmuş festivalda nümayiş etdirilmiş və ən uğurlu rejissor işinə görə mükafat və diploma layiq görülmüşdür.
2002-ci ildə “Lider” televiziya şirkətində bir sıra verilişlərin rejissoru və “Planet Parni iz Baku” televiziya tamaşalarında quruluşçu rejissor kimi çalışmışdır. Elə həmin il müəllifi olduğu bu tamaşalara görə 2002-ci ildə televiziya tamaşalarının “ən yaxşı rejissoru” nominasiyası üzrə “Humay” mükafatına layiq görülmüşdur.
2003-cü ildə“Hacı Qara” adlı tammetrajlı, musiqili bədii filmdə quruluşçu rejissor, müəllif və baş rolun iştirakçısı (Heydər bəy) kimi çıxış etmişdir.
2001-2011-ci illər ərzində Milli Konservatoriya tərkibində fəalliyət göstərən Respublika İncəsənət Gimnaziyasının teatr və kino şöbəsində müəllim kimi fəalliyət göstərmişdir.
2007-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı olmuş və 2011-ci ildə “Azərbaycan teatrında peşəkar rejissor sənətinin inkişaf mərhələləri” mövzusunda dissertasiyasını müdafiə edərək sənətşunaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2012-2014-ci ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru kafedrasında müəllim kimi çalışmışdir. 2015-ci ildən Kino-televiziya sənətləri kafedrasında müəllim, 2018-ci il mart ayından isə baş müəllim kimi çalışaraq “Televiziya rejissorluğu” ixtisaslaşması üzrə kurs rəhbəri olmuşudur. 2019-cu ilin noyabr ayının 20-sindən, 2023-cü il 23 may tarixinədək “Audiovizual” sənətlər fakültəsində dekan vəzifəsində çalışıb.
Mehdiyev Kino-televiziya sənətləri kafedrasında çalışdığı müddət ərzində hazırlaşdırdığı tələbələr bir sıra beynəlxalq festivallarda fərqli nominasiyalar üzrə qalib çıxaraq mükafatlandırılmışdır. Onlardan biri olan Binyamin Sailov – Azərbaycan Ailəsi film festivalında (2017) “Ən yaxşı tələbə filmi”, onun “Od və su” bədii filmi Buktreyler film festivalında (2017) üçüncü yerə, “Can nənə bir nağıl de”bədii filmi Azərbaycan Ailəsi film festivalında (2018) xüsusi mükafata, digəri Qulamov Məhəmmədin “Bir an” qısametrajlı bədii filmi Azərbaycan Ailəsi film festivalında (2018) “Sosial şəbəkədə ən çox bəyənilən bədii film”, Kərimov Fəridin “Fərziyyə” qısametrajlı bədii filmi Azərbaycan Ailəsi film festivalında (2018) “Ən yaxşı tələbə filmi”, Start beynəlxalq film festivalında (2018)“Ən yaxşı ssenari” və onun “Sonar” adlı digər bədii filmi Türk dünyası belgesel film festivalında (2018)“Xüsusi iştirak” üzrə seçilmiş, Nəcəfov Aydının“Yaşanan tarix” sənədli filmi isə Türk dünyası belgesel film festivalında (2019) üçüncü yerə layiq görülmüşdür.
2012-ci ildə Azərbaycan Respublikası Nazirlər kabinetinin sifarişi ilə Milli Olimpiya Komitəsinin 20-illik yubileyinə həsr olunmuş “Dialektika-20 il” adlı bədii-sənədli filmində, 2013-cü ildə Milli Olimpiya Komitəsinin “Gücümüz həmrəlikdədir” adlı 1-ci, 2014-cü ildə “Gücümüz həmrəlikdədir” 2-ci filimlərində rejissor kimi çalışmışdır.
Ailəlidir və iki övladı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.