From Wikipedia, the free encyclopedia
Elnarə Dadaşova (25 iyun 1952, Bakı) — Azərbaycan bəstəkarı və sənətşünası, xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru.[1]
Elnarə Dadaşova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Anası | Sayalı Tağıyeva |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Mükafatları |
Bəstəkar Elnarə Dadaşova 1952-ci ildə İçərişəhərli Dadaşovların ailəsində anadan olmuşdur. Altı yaşında olanda vaxtı ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibində olan Bülbül adına musiqi məktəbinə ilk addımlarını atır. 11 il milliyyətcə latış olan ilk müəlliməsi Qudelis İvetta Adolfovnadan musiqinin sirlərinə yiyələnmişdir. Onun qeyri-adi yaradıcılıq istedadı həmin illərdən hiss olunmuşdur.
Elnarə Dadaşovanın bəstəkarlıq istedadını hiss edən müəllimləri ona bu sahədə istiqamət verməyə çalışırdılar. Bu məqsədlə də o, 9-cu sinifdən Nazim Əliverdibəyovun məsləhətilə Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım onu bir bəstəkar kimi istiqamətləndirir. Dadaşovanın ilk əsərləri Avropasayağı səslənirdi. Lakin Ədilə Hüseynzadənin tövsiyəsi ilə tez bir zamanda gənc bəstəkar milli ruhda çox sayda əsər bəstələdi.
Bəstəkarlığın sirlərini isə Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevdən öyrənib. Milli prinsiplərə əsaslanan müasir musiqi dilində əsərlərin yazılması ona məhz Qara Qarayevdən miras qalmışdır.
Elnarə Dadaşova 30 ildən artıq bəstəkar kimi fəaliyyət göstərir. O bu illər ərzində müxtəlif janrlarda 100-dən artıq əsər yazmışdır. Fortepiano əsərləri onun yaradıcılığının ayrılmaz və mühüm bir hissəsini təşkil edir. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış "24 Prelüd" silsiləsi, "Sayalı" baleti, orqan üçün "Variasiya", "Fantaziya", "Postlüdiya" əsərləri təşkil etmişdir. Simfoniya, konsert-simfoniya, fortepiano konserti, balet, baletdən simfonik süitalar, xor əsərləri, vokal-simfonik əsərlər, kvartetlər, fortepiano, orqan, xalq çalğı alətləri, simfonik orkestrin müxtəlif alətləri üçün əsərlərin müəllifidir.
Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən E. Dadaşova, həmçinin "Polifoniya", "Solfecio" üzrə 5 dərs vəsaitinin, xor topluları və tədris proqramlarının rəhbəridir.
Bəstəkarın əsərləri ABŞ, Kanada, Fransa, İtaliya, Almaniya kimi ölkələrin konsert salonlarında səsləndirilmişdir. Elnarə Dadaşova Azərbaycanda tuba aləti üçün solo əsər yazmış bəstəkardır. ABŞ-nin tuba aləti üzrə ifaçısı, professor C. Kenyon Bakıya ustad sinfi dərslərini keçirmək üçün gələndə o, bəstəkarın tuba və fortepiano üçün "Xoral" və "Layla" əsərlərini dinləmiş, onun notunu ifa etmək üçün Amerikaya aparmışdır. Bakının qonağı olmuş Fransa bəstəkarı Pyer Tilui Elnarə Dadaşovanın həm iri həcmli, həm də miniatür əsərlərinə qulaq asaraq heyran olmuş, onları geniş dinləyici kütləsinə çatdırmaq üçün öz ölkəsinə aparmışdır. İtaliyanın "Doppler" üçlüyü bəstəkarın 2 fleyta və fortepiano üçün "Səda" və bir sıra digər əsərlərini Roma şəhərində ifa etmiş və öz repertuarına daxil etmişdir. Amerika pianoçusu Con Likti Elnarə Dadaşovanın fortepiano üçün yazılmış əsərlərini Amerikaya apararaq bir neçə ştatda uğurla səsləndirmişdir. Fransanın məşhur "Qaudi" simli kvarteti də 2005-ci ilin konsert proqramlarına bəstəkarın 2 saylı kvarteti daxil edərək və ifasını gerçəkləşdirib.
Xarici ölkə təşkilatları Elnarə Dadaşovanın yaradıcılığına yüksək qiymət vermiş, onun əsərlərinin ifasını İtaliyada "Donna In Muzika" təşkilatının xətti ilə yayımlanmasını təmin etmişlər.
ABŞ-nin Bionrafiya İnstitutu Elnarə Dadaşovanı "2000-ci ilin qadın bəstəkarı" elan etmişdir. 2001-ci ildən isə onu ABŞ-nin Bioqrafiya Məkəzinin rəhbərliyinə fəxri üzv seçib.
Bəstəkar 1970-ci ildən televiziya və radioda silsilə verilişlər aparır. O, AzTV-də "Mahnılarımızı öyrənirik" adlı silsilə verilişinin müəllifidir. "Gəlimli, gedimli dünya" radio verlişində səhnə üçün musiqi bəstələyən bəstəkarlarımız haqqında mütəmadi çıxışlar etmişdir. Həm ictimai, həm də özəl televiziya kanallarında musiqi və tariximizlə bağlı verlişlərin aparıcısı və qonağıdır. 80-nə yaxın əsəri AzTV və radiosunun fonotekasında saxlanılır.
2015-ci ildə Aydın Dadaşov Elnarə Dadaşova haqqında "Bəstəkar" sənədli filmini çəkib.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.