şair From Wikipedia, the free encyclopedia
Hacıyev Elman Həbib oğlu (4 may 1949, Tivi, Ordubad rayonu – 18 sentyabr 2009, Naxçıvan) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1979), Naxçıvan MR-in Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1999).[1]
Elman Həbib | |
---|---|
Elman Həbib oğlu Hacıyev | |
Doğum tarixi | 4 may 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 18 sentyabr 2009 (60 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair |
Mükafatları |
Elman Həbib 4 may 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. 1970-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə isə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi işə başlamış, burada müxtəlif vəzifələrdə çalışmışdır. 1991-ci ildən 2001-ci ilədək Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin sədri olmuşdur. 2001-ci ildən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilmişdir.
1990-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, 2005-ci ildə "Tərəqqi" medalı, 2008-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Birinci çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir. Ailəlidir, 3 övladı var.
Elman Həbib 18 sentyabr 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Elman Həbib bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlamışdır. 1981-ci ildə ilk kitabı – "Günəş qatarı" işıq üzü görmüşdür. Sonralar "Duzlu uşaqlar", "Yoluma çıx", "Nar və gilənar", "Ömrümün göy qurşağı", "Ömrüm-günüm mənim", "Sevən ömrü", "Allah salamı", "Yerlə göy arasında", "Heydərnamə", "Naxçıvannamə", "İlham – xalqın İlhamı", "Həqiqət günəşi", "Sənli, sənziz günlərim", "Hərənin öz işi", "85 ilin 15 ili", "Bu mən görən şəhər deyil" və s. kitabları oxuculara təqdim edilmişdir.
Elman Həbibin yaradıcılığının məhsuldar dövrü 2000–2009-cu illəri əhatə edir. Onun 30-a yaxın şeirlər kitabı çapdan çıxıb. "Sahilsiz çaylar" adlı dram əsəri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuş, "Ağ ölümün ölümü" əsəri əsasında Naxçıvan televiziyasında ikihissəli televiziya tamaşası hazırlanmışdır. Azərbaycan dövlət televiziyası tərəfindən Elman Həbibin yaradıcılığı ilə bağlı 2009-cu ildə "Bir ovuc torpağın poeziyası" adlı film çəkilmişdir. Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi "Həqiqət günəşi", "Heydərnamə" şeirlər kitabının əsasında telefilm hazırlanıb. Şairin 100-ə yaxın publisistik yazıları bu və ya digər mətbu orqanlarda dərc olunub.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.