Ella Ceyn Fitscerald(ing. Ella Jane Fitzgerald; 25 aprel 1917, Nyuport-Nyus, Virciniya, ABŞ — 15 iyun 1996, Beverli-Hils, Kaliforniya, ABŞ) — amerika caz müğənnisi.
Ella Fitscerald ing. Ella Jane Fitzgerald | |
---|---|
ing. Ella Fitzgerald | |
Ümumi məlumatlar | |
Doğum adı | Ella Jane Fitzgerald |
Doğum tarixi | |
Doğum yeri | Virciniya, ABŞ |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Beverli-Hils, Kaliforniya, ABŞ |
Vəfat səbəbi | insult |
Dəfn yeri | "Beverly Hills", Kaliforniya, ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, bəstəkar, dirijor, qrup rəhbəri[d], kino aktrisası, səsyazma sənətçisi[d], cazmen, müğənni |
Fəaliyyət illəri | 1934-1993 |
Janrlar | Ritm və bluz, soul, bluz, rok-n-rol, caz, kountri, pop, qospel |
Musiqi alətləri | piano |
Səs tembri | messo-soprano |
Albom şirkətləri | Capitol Records[d], Decca Records[d] |
Mükafatları |
|
ellafitzgerald.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
"Mahnıların Birinci Ledisi" - Ella Fitsceraldı belə adlandırırdılar. Onun vokalı, haqlı olaraq caz tarixində ən incə vokal hesab edilirdi, hərçənd çoxları bu baxımdan Sarah Vaughanı, yaxud Billie Holidayı də ən uca pillədə hesab edə bilər. Təbiətin geniş diapazonlu gözəl səs bəxş etdiyi Ella oxumaqda kimi desəniz üstülüyə bilərdi. O, bənzərsiz skat-müğənni idi və praktiki olaraq ideal elokvensiyaya malik idi. İnsanlar həmişə onun məhz nə oxuduğunu, onun hər bir kəlməsini başa düşürdü.
Ellaya xas olan yeganə daimi və yeri gəlmişkən bir qədər kurzey xarakterli nöqsan ondan ibarət idi ki, o, hədsiz dərəcədə həyatsevər idi və mahnının mətninin tələb etdiyi kimi, hədsiz lirik tərzdə oxuya bilmirdi. Hətta "Love For Sale" kompozisiyasında da onun ifası şən və şaqraq səslənirdi. Hər halda onun karyerasını bütövlükdə qiymətləndirmək istəsək, sadəcə olaraq bu səviyyəli başqa bir müğənni yox idi. Ella Fitscerald öz yaradıcılıq yolunun başlanğıcında heç vaxt Billi Holideyə məxsus olan quru səsi ilə fərqlənməmişdir. Həddən artıq yoxsulluq şəraitində yaşayan Ella bir müddət sözün həqiqi mənasında evsiz-eşiksiz qalmışdı. Bu dövrdə onun oxumasında böyük bir fasilə yarandı. 1934-cü ildə o, Harlemdəki "Apollo" teatrında həvəskarlar üçün keçirilən müsabiqədə özünün büt saydığı müğənni Solpeye Boswellin repertuarından olan "Judy" mahnısını ifa edərək müsabiqənin qalibi olur. Ella bir müddət Tiny Bradshaw ilə işləyəndən sonra "Apollo"ya gəlmiş Benni Carter onu Chick Webb adlı musiqiçi ilə tanış etdi. 17 yaşlı Ellanın zahiri görkəmi Webbə o qədər də güclü təsir bağışlamadı və o, qıza könülsüz halda təklif etdi ki, klubda onun orkestri ilə birlikdə bir qədər oxusun. Sınaq uğurlu oldu və tezliklə bu məşhur təbilçi başa düşdü ki, Ellanın ciddi kommersiya potensialı var.
1935-ci ildən başlayaraq Ella Fitscerald "Webb's Orchestra" ilə birgə ifalarını lentə yazdırmışdır. 1937-ci ildən etibarən bu qrupun mahnılarının yarısından çoxu Fitsceraldın iştirakı ilə ifa edilmişdir. 1938-ci ildə onlar "A-Tisket, A-Tasket" adlı hiti, bir qədər sonra isə çox populyar olan "Undecided" mahnısını yazdırdılar. Bu dövrdə Ella qeyri-adi cavan səsə malik olan, balladalar ifasında güclü olması ilə seçilən pop-svinq müğənnisi idi. Artıq, onun səsi kifayət qədər güclü idi, lakin hələ improvizasiya və skat səviyyəsinə çatmamışdı. Ellanın bu istedadları sonradan üzə çıxdı.
1939-cu il iyunun 16-da Chick Webb vəfat etdi. Bundan sonra orkestrin üzvlərinin yekdil qərarına əsasən Ella orkestrə rəhbərlik etməli oldu. Düzdür, o vaxta qədər Ella repertuar və musiqiçilərin işə qəbul edilməsi, yaxud işdən azad edilməsi məsələləri ilə az məşğul olmuşdu, lakin buna baxmayaraq, qrupun populyarlığını qoruyub saxlaya bildi və 1949-cu ildə qrup buraxılanda Ellanın solo karyerasına başlaması o qədər də çətin olmadı. Ella İnk Spots, Louis Jordan və "Delta Rhythm Boys" qrupu ilə əməkdaşlıq etməyə, 1946-cı ildən sonra isə "Norman Qranz's Jazz at the Philarmonic" qrupu ilə birgə çıxış etməyə başladı. Qranz onun meneceri oldu, lakin müğənnini şirnikləndirərək öz leyblinə cəlb etmək üçün təqribən on il gözləmək lazım gəldi. Bu müddətdə Ellanın oxumasında ciddi dəyişikliklər baş vermişdi: Dizzi Gillespienin biq-bendi ilə birgə tur zamanı bi-bop janrını mənimsəmiş Ellanın oxuma manerasında yeni üsluba xas olan məqamlar yaranmışdı. Elə həmin dövrdə o, öz çıxışlarında skat-oxumadan istifadə etməyə başlamışdı. 1945-1947-ci illərdə yazdırdığı "Lady Be Good, How High the Moon" və "Flying Homer" mahnıları çox populyarlaşdı və Ella ən yaxşı caz müğənnilərindən birinə çevrildi.
Basist Ray Brown ilə ailə qurandan sonra Ella 1948-1952-ci illərdə ərinin triosu ilə birgə çıxış etməyə başlayır. Bundan əlavə, 1950-ci və 1954-cü illərdə o, Ellis Larkins ilə duet şəklində bir neçə plastinka yazdırmışdır. Həmin plastinkalarda Ella Corc Gerşvinin mahnılarını özünəməxsus bir tərzdə ifa etmişdir.
1955-ci ildə "Pete Çelly's Blues" filmində iştirak edəndən sonra Ella "Verve" leybli ilə kontrakt imzalamış və sonrakı bir neçə ildə ümumi adı "Songbooks" olan silsilə albomlar yazdırmışdır. Bu albomlara Gerşvinin, eləcə də Cole Porter, Rocers and Hart, Dyuk Ellinqton, Harld Arlen, Ceromi Çern və Conni Mergerin mahnıları daxildir. Buna baxmayaraq, Ellinqtonun mahnılarının ifası istisna olmaqla, bu layihə Ella Fitsceraldın əsas caz layihəsi adlandırıla bilməz. Lakin bu prestijli layihə müğənnini çox populyarlaşdırdı. 60-cı illərdə karyerasının zirvədə olduğu vaxtda ella Berlində canlı ifa rejimində "Mack the Knife" adlı plastinka yazdırmışdır. Çox şən mahnılardan ibarət olan bu albomun yazılışı zamanı Ella Fitsceraldın mahnının sözlərini tamamilə unutmuşdu və bədahətən mətni öz sözləri ilə əvəz edirdi. Sonradan bu albom klassikaya çevrildi.
Ellanın 1967-1970-ci illərdə "Capitol" və "Reprise" leyblləri üçün yazdırdığı ifaların səviyyəsi bir qədər aşağı idi. Bu dövrdə Fitcerald öz repertuarına "Sunny İ Heard İt Through the Grapevine" kimi populyar mahnılar daxil etməyə cəhd göstərmiş, lakin onun ifası xeyli zəif alınmışdır.
Xoşbəxtlikdən, onun karyerasında tənəzzül baş vermədi, çünki Norman Granz "Pavlo" adlı yeni leybl yaratmağı və həmin leybldə Ellanın ifalarını yazdırmağı qərara almışdı. 1972-ci ildə Santa-Monikada konsertdən sonra Ella Fitcerald cazın sərvəti hesab edilməyə başladı və Count Basie, Oskar Peterson və Joe Pass kimi ifaçılarla birgə çıxış etdi. 70-ci illərdən sonra Ellanın səsi nəzərəçarpacaq dərəcədə zəiflədi və 80-ci illərdə onun müğənni karyerası başa çatdı. Təbii ki, yaş da özünü göstərirdi. Ellanın gözü və ürəyi ilə bağlı problemlər onu uzun müddət musiqini unutmağa məcbur etsə də, nadir hallarda səslənən canlı çıxışları həmişə əla svinq duyumu və müğənninin səsindəki sabit sevinc çalarları ilə fərqlənirdi.
1994-cü ildə Ella Fitscerald həmişəlik pensiyaya çıxdı, iki ildən sonra isə dünyasını dəyişdi. Lakin onun adı hələ də çoxlarına tanışdır. Müğənninin çoxsaylı lent yazıları kompakt disklər şəklində buraxılmışdır.
Albomları
İl | Albom | Record label |
---|---|---|
1950 | Ella Sings Gershwin | Decca |
1954 | Songs in a Mellow Mood | |
Lullabies of Birdland | ||
1955 | For Sentimental Reasons (A collection of previously available recordings from the late 1940s and early 1950s) | |
Miss Ella Fitzgerald & Mr Gordon Jenkins Invite You to Listen and Relax (A collection of previously available recordings from the late 1940s and early 1950s) | ||
Sweet and Hot | ||
Xarici keçidlər
- ellafitzgerald.com — Ella Fitscerald rəsmi saytı
- ellafitzgeraldfoundation.org — Ella Fitscerald Xeyriyyə Fondunun rəsmi saytı
- Ella Fitscerald (ing.) Discogs saytında
- Ella Fitscerald — IMDb səhifəsi
- Ella Fitscerald və Cimmi Consun triosu "Sweet Georgia Brown" mahnısını ifa edirlər (1966)
- "Mack the Knife"
- "Lullaby of Birdland"
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.