heyvan növü From Wikipedia, the free encyclopedia
Adi Asiya fili (lat. Elephas maximus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinə aid heyvan növü.
Adi Asiya fili | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Dəstəüstü: Klad: Paenungulata Klad: Tethytheria Dəstə: Yarımdəstə: Elephantiformes Klad: Elephantimorpha Klad: Elephantida Fəsiləüstü: Elephantoidea Fəsilə: Yarımfəsilə: Elephantinae Triba: Elephantini Cins: Növ: Adi Asiya fili |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bədəninin uzunluğu 5,5 - 6,4 m. Çiyinlərində hündürlüyü 2,5-3 metrdir. Çəkisi 5 tona yaxındır. Gövdəsi massivdir. (Ölçüləri Afrika fillərinin qulaqlarından kiçik olan)pərvari iri qulaqları, xırda gözləri və ucunda uzun əzələli xortumu olan nəhəng başı var. Xortumu uzanmış burnu və aşağı dodağından əmələ gəlib. Xortumunun ucunda bir dənə dorsal, ilişkən, barmaqvari uzantı var. Əzaları hündür, sütünvari və beşbarmaqlıdır. Barmaqları ümumi dəri ilə örtülmüşlər, ancaq üzdən sezilirlər. Qabaq əzalarında beş , dal əzalarında isə dörd dırnaqcıq var. Rəngi tünd-bozdan qonura qədər dəyişir. Dərisinin üstündə nahamvar, müxtəlif qalınlıqda epidermal şişlər var. Piy və tər vəzisi yoxdur. Yetkin fillərin tükü seyrək, qılvaridir. Qıcgah ətrafında spesifik dəri vəzisi var. Sinəsində bir cüt məməsi var. Yuxarı, üçüncü kəsici dişlərinin çəkisi 20-25 kq. uzunluğu isə 1,5 metrdir, və ancaq erkəklərdə olur.
Hindistanda, Şri-Lankada, Birmada, Nepalda, Butanda, Banqladeşdə, Kambocada, Laosda, Vyetnamda, Malayziyada, Kalimantan adasında, Sumatrada, Çinin Yunnan əyalətində yaşayırlar. Sıx cəngəlliklərdən, hündür ot örtüklü savannalara qədər müxtəlif landşaftlarda yayılıblar. Adətən yaşlı dişinin başçılığı ilə 15-30 baş sürülərdə dolanırlar.
Bitkilərlə qidalanırlar.
Çoxalmasında mövsümlülük yoxdur. Boğaz olma müddəti 20-22 aydır. Dişi hərəsinin çəkisi 90 kq. və çiyinlərdində hündürlüyü 1 metr olan iki bala gətirir. Cinsi yetkinliyi 9-12 yaşdan başlayır. Həyatı ərzində dişi dörd dəfə balalayır.
1986-cı ildə ümumi sayları 28-42 min idi: Hindistanda, Butanda və Banqladeşdə -10-15 min baş (1978); Andaman adalarında -30(1977); Kalimantanda - 2 min (1978); Birmada -5 min (1977); Yunnanda - 1 min; Kambocada, Laosda və Vyetnamda -3500-5000 (1978); Malaysiyə 3 min-6 min(1978); Nepalda -50; Şri-Lankada - 2 min-4 min; Sumatrada -300; Tailandda 2500-4500(1978)
Saylarının azalması öldürülməsi və mühitinin məhv olunması ilə bağlıdır.
Yaxşı əhliləşirlər. Qədimdən onları ev heyvanları kimi daşınmada, ağır işlərdə istifadə edirlər.
Daxil olduqları arealın əksər hissəsində qanunla qorunurlar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.