From Wikipedia, the free encyclopedia
Elektron qurğular— yüksək texniki-iqtisadı göstəricilərinə nail olmaq üçün onlarda tətbiq olunan sxem həllərinin və element bazasının düzgün seçilməsi məsələlərinə xüsusi diqqət vermək lazımdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Elektronikanının inkişafı bir istiqamət kimi tibbi elektronikanın yaranmasına da səbəb oldu. Bu sahələrdən biri optiki spektroskopiya üsulları biokimyada, kimyada, tibb elmində və s. istifadə edilməyə başladı. Spektroqrafın köməyi ilə diabetdə, miokard infarktında, böyrəklər xəstələndikdə diaqnozun qoyulması əhəmiyyətli dərəcədə yüngülləşdi. Digər mövzu isə lyumenessent analizlə əlaqədardır. Onun çevikliyi, sadəliyi və həssaslığı hesabına tibb dioqnostikaının bir sıra məsələlirini həll etmək olur.
Lyumenessensiya sahəsində aparılan işlər rentgen şəkillərinin elektron-optiki gücləndiricilərinin yaradılmasında mühüm rol oynadılar. Rentgen şüalanmasını lyumenessent detektorları yarımkeçirici işıq mənbələri ilə birlikdə radioizotop diaqnostikasında – kompüter tomoqraflarında orqanizmdə ptoloji əmələgəlmələrin aşkar edilməsində uğurla tətbiq edilir.
O ki, qaldı ultrasəs üsullarının diaqnostikası və terapiyasına onların istifadə diapazonu olduqca genişdir. Mamaçılıq və ginekologiya, neyrocərrahlıq və urologiya, ürək-damar sitemlərinin patalogiyası, mədə-bağırsaq traktı və s. üçün keyfiyyətcə yeni ultrasəs apparatları yaradılmışdır.
Optiki üsullar – rentgenoqramların, elektrokardio- və ensefaloqramm və digər gərəkli diaqnostika informasiyasının analizində misilsiz kömək göstərirlər. Alınmış göstəricilərin emalına sərf olunan vaxt kəskin aşağı düşür, onları öyrənilmə etibarlılığı artır ki, bu da tibbi informasiyanı ümumilikdə avtomatlaşdırmağa imkan verir.
Həkimlər lif optikasına böyük üstünlük verirlər. Onun köməyilə insan orqanizminə daxil olmamaqla birbaşa xəstəlik mənbəyini müşahidə etmək olar. Tutaq ki, mədəyə və ya ciyərə salınan lif-optiki işıqyayanlar nəin ki, əzaların ekranda görünməsinə imkan yaradır, o həm də bədxassəli şişlərin və ya digər xəstəliyin aşkar edilməsinə imkan verir.
Beyin boşluqlarının tədqiqi zamanı birbaşa tədqiqatlr aparmaq və işıq lifləri vasitəsilə şüa göndərərək sağlam toxumalara toxunmadan zədələnmiş hissələri müalicə etmə üçün əməliyyat cihazları və apparatları olduqca effektlidir. Bu siyahını davam etdirmək olar. Hesab eirik ki, təqdim edilmiş məlumatlar kifayət səviyyədə əyani olaraq əsas fundamental elmlərdən biri olan fizika tibbdə diaqnostika və müalicə sahəsində nə qədər effektli və məhsuldar fəaliyyət göstərir.
İlk maşınlarda bütün elektrik avadanlıqları yalnız yandırma sistemindən ibarət idi. Sonralar təkmilləşmə nəticəsində avtomobollərdə starter, faralar və s. kimi digər elektrik avadanlıqları meydana çıxdı. Avtomobillərdə elektronika 30-cu illərdə maşınlarda lampa ilə işləyən radioqəbuledicilərdən istifadə ilə əlaqədar meydana çıxdı.
1948-ci ildə tranzistorun, 1958-ci ildə isə inteqral mikrosxemlərin ixtirası olsa da, başqa sənaye sahələrinə nisbətən avtomobil sənayesində onların tətbiqi 1960-cı ilə kimi gecikdi.
Avtomobil texnikasında ilk tətbiq edilən yarımkeçirici cihazlar kimi silisium diodlarından dəyişən cərəyan gərginlik generatorlarının düzləndiricisi (60-cı illər) kimi istifadə edilmişdir. Sonralar tranzistor əvvəlcə tranzistor açarlarında, müəyyən zaman keçdikdən sonra isə digər elektron qurğularında geniş tətbiqini tapdı. 1967-ci ildən başlayaraq inteqral sxemlər (İS) avtomobillərdə gərginlik tənzimləyiciləri sonra isə onlar əsasında yandırma sistemi kimi və s. istifadə edilməyə başladı.
Elə həmin vaxtlar bazarda analoq sxemlərindən istifadə etməklə transmissiyanı idarə etmə, yanacvermə, tormozlama qurğuları, eləcədə avtomobillərin sürətinin tənzimləyən qurğular və s. yardılmağa başladı. Avtomobillərdə elektron idarəetmə blokları qurulsada, ancaq onların geniş tətbiqi qiymətlərin yüksək olması nəticəsində geniş təçəkkül tapmadı. Maşınlarda mikro-EHM istifadə iilk dəfə 1976-cı ildə yandırma bucağını idarə etmək üçün istifadə edildi. İdarəetmədə mikro-EHM-dən istifadə 70–80-ci illərin ortasından başlayaraq tullantı qazlarının tərkibinə və yanacaq məsəfinə qoyulan məhdudiyyətlərə görə tələbat kəskin artdı.
Tullantı qazların tərkibində zərərli qarışıqların miqdarını aşağı salmaqla yanaşı səmərələliyi təmin etmək üçün yandırmanı qabaqlama bucağını idarə edilməsi çox vacibdir. Belə ki, bu yanma qarışığında hava və yanacaq nisbətinin tənzimlənməsi, mühərrikin dirsək valının aşağı tezlikli fırlanma sürətinin boş gedişini avtomatik dəstək və s. üçün istifadə edilir. Bu mühərriki kompleks rəqəmsal idarə etmə sistemini mikro-EHM-dən istifadə etməklə tətbiq etdikdə mümkün oldu.
Mikro-EHM-in tərkib hissələri olan yarımkeçirici qurğuların sürətlə təkmilləşməsi nəticəsində, avtomobil sisteminin elektronikasının maya dəyəri aşağı düşməyəvə onların ölçüləri kiçilməyə və etibarlılığı yüksəlməyə başladı. Artıq bu gün avtomobillərin idarə etmə sistemində başlıca elementlərdən biridir.
O üç hissəyə bölünür: güc aqreqatlarını (mühərrik və transmissiya) idarə etmə sistemi, hərəkət sistemini idarəetmə, və salon avadanlıqlarını idarəetmə sistemi.
Hesablama əməliyyatının mexanizmləşdirilməsi və maşınlaşdırılması çox qədim zamanlardan – XVII əsrin ortalarından başlasa da, elektron hesablama texnikası sahəsində ilk uğurlu nəticələr XX əsrin ortalarında meydana gəldi. Yaddaş qurğusu qismində elektron lampalarının tətbiq edilməsinin nəzərdə tutulduğu hesablama maşınının ideyası amerika alimi Con Mouqliyə mənsubdur. Hələ XX əsrin 30‐cu illərində o, triggerlər əsasında bir neçə mürəkkəb olmayan hesablayıcı yaratdı. Lakin hesablama maşınlarının yaradılmasında elektron lampalarını ilk dəfə başqa bir amerikan ixtiraçısı Con Atanusı tətbiq etmişdir. Onun maşını praktiki olaraq artıq 1942‐ci ildə hazır idi. İlk elektron hesablama maşınlarında əsas yaddaş elementi və toplama qurğusu olaraq triggerlər tətbiq edilirdi. Məlum olduğu kimi, trigger sxemləri iki dayanıqlı hala malikdir. Belə ki, bir dayanıqlı hala "0", digərinə isə "1" kodunu yazmaqla, trigger özəyindən kodları zamanca qorumaq üçün istifadə etmək olar. 1951‐ci ildə isə Coy Forrester elektron hesablama maşınlarının qurğusunda çox mü-hüm bir təkmilləşdirmə etdi. O, maqnit içliklər əsasında verilən impulsları istənilən qədər uzun müddət qoruyub saxlaya bilən yaddaşı patentlədi.
İNFORMASIYA EMALININ TEXNIKI VASITƏLƏRI
İnformasiyanı rəqəm formasında kodlaşdıran, emal edən, saxlayan, ötürən xüsusi texniki qurğular, kompüter, printer, skaner, modem və s. yaradılmışdır. Bu qurğular informatlaşdırmanın aparat vasitələridir. İnformasiyanı avtomatik emal edən universal vasitə kompüterdir. Kompüter müxtəlif təyinatlı, müxtəlif funksiyaların icrasına imkan verən proqramlar vasitəsilə idarə olunur. Proqram dedikdə, ən ümumi halda, icraçıya aydın olan formada yazılmış xüsusi əməllər ardıcıllığından ibarət olan fəaliyyət planı başa düşülür. Xüsusi halda, icraçı dedikdə, kompüter nəzərdə tutulur. Kompüter proqramları məcmusuna proqram təminatı və ya informatlaşdırmanın proqram vasitələri deyilir.
XX əsrdə bərk cisim elektronikası sahələrində aparılan tədqiqatlar, ilk hesablayıcı sənaye qurğularının yaradılması informasiya texnologiyalarının güclü inkişafı üçün münbit zəmin yaratdı. Hesablayıcı texnika müasir inkişaf səviyyəsinə birdən-birə çatmamışdır. O bir neçə mərhələdən keçmişdir. 1 поколение ЭВМ (1945–1954) – электронно- вычислительные машины на лампах электронного типа (подобные были в телевизорах первых моделей).
Bu zamanı texnikanın təşəkkül tapma dövrü adlandırmaq olar.
İlk nəsil maşınlar nəzəriyyənin bu və ya digər məsələlərini yoxlamaq üçün təcrübi qurğular adı altında yaradılmışlar. Hissələrinin çəkisi və ölçülərinə görə yerləşdirilməsi böyük ölçülü binalar tələb edən kompüter aqreqatları artıq əfsanəyə çevirilmişlər. İlk seriyada buraxılan birinci nəsil EHM UNIVAC adı altında çıxmışdır.
İkinci nəsil EHM-əhəmiyyətli fərqlənir. 1948-ci ildə fizik-nəzəriyyəçi Djon Bardin, Uilyam Şokli və Volter Bardin tərəfindən ilk fəaliyyətdə olan tranzistor yaradılmışdır.
Tranzistorun ən mühüm xüsusiyyətlərindən biri 40 ədəd elektron tipli lampanın işini yerinə yetirir və hətta bu halda belə o böyük sürətlə işləyir, minimal istilik ayrılır və faktiki olaraq elektrik ehtiyatlarını və enerjidən çox az istifadə edir.
Elektrik lampalarının tranzistorlarının əvəz edilməsi prosessi ilə yanaşı informasiyasının saxlanması üsulları təkmilləşdirilirdi.
Üçüncü nəsil maşınlar.
İnteqral sxemlərin istehsal texnologiyalarıyerımkeçirici sxemlərin etibarlılığı və sürətin artması, eləcədə ölçülərin kiçilməsi, dəyərin və istelak gücünün aşağı düşməsi hesabına yaradıldı. Göstərilən hallar hesabına EHM (EHM nəsilləri) inkişaf tarixi böyül sıçrayış etdi. Bunlar nəinki, işin keyfiyyətinin yüksəlməsi və univerisal qurğuların qiymətinin aşağı düşməsinə, həm də kiçik ölçülü, ucuz və etibarlı mini EHM yaranmasına imkan yaratdı.
Dördüncü nəsil maşınlar.
Elektron qurğuların uğurlu inkişafı böyük inteqral sxemlərin (BİS) yaradılmasına gətirib çıxardı. BİS-in bir kristalında iyirmi mindən yuxarı elektrik tipli elementlər vardır. BİS yaradılması yeni nəsl EHM yaradılmasına şərait yaratdı. Bunların element bazası böyük yaddaşa və əmri yerirmək üçün kiçik siklə malikdir: bir maşın əməliyatında yaddaş baytının istifadəsi kəskin aşağı düşməyə başladı.
BİS yaradılması EHM arxitekturasında mürəkkəb olmayan, yəni bir kristalda cihaların sərfəli qiymətlərlə istehsalı üçün praktiki olaraq elektron tipli bütün sadə qurğuların yerləşdirilməsinə real imkan yarada bildi.
Beşinci nəsil EHM. EHM inkişafında 1980-ci ilin sonları yeni mərhələnin başlanğıcı-beşinci nəsil EHM yaranması ilə xarakterizə olunur. Bu qurğuların yaradılmasını mikroprossesorlara keçidlə əlaqələndirirlər. Struktur quruluşu nöqteyi nəzərindən idarəetmənin maksimal səviyyədə mərkəzləşdirilməməsi, proqram və riyazi təminatdan danışarkən — proqram və oboloçka keçid nəzərdə tutulur. Beşinci nəsil EHM məhsuldarlığı saniyyədə 108–109 əməlliyyat aparmaqla müəyyənləşir.
Bizim günlərdə inkişaf. Altıncı və daha yeni nəsil EHM haqqında yalnız xəyallara dalmaq olar
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.