Elektrohərəkət qüvvəsi — sabit vә ya dәyişәn cәrәyan mәnbәlәrindә kәnar (qeyri-potensial) qüvvәlәrin tәsirini xarakterizә edәn fiziki kәmiyyәt; qapalı dövrәdә vahid müsbәt yükü hәrәkәt etdirәn hәmin qüvvәlәrin gördüyü işә bәrabәrdir. Әgәr kәnar qüvvәlәrin sahә intensivliyini Ekәn., EHQ-ni ℰ ilә işarә etsәk, onda L qapalı konturunda ℰ=∮LEkәn.dl-ә bәrabәr olar, burada dl – konturun uzunluq elementidir.
Elektrostatik sahәnin potensial qüvvәlәri dövrәdә sabit cәrәyanı saxlaya (davam etdirә) bilmirlәr, belә ki, bu qüvvәlәrin qapalı yoldakı işi sıfıra bәrabәrdir. Naqildәn cәrәyan keçәrkәn enerji ayrılır – naqil qızır. Kәnar qüvvәlәr generatorların, qalvanik elementlәrin, akkumulyatorların vә digәr cәrәyan mәnbәlәrinin daxilindә yüklü zәrrәciklәri hәrәkәtә gәtirir. Kәnar qüvvәlәrin mәnşәyi müxtәlifdir: generatorlarda bu qüvvәlәr maqnit sahәsinin zamana görә dәyişmәsi nәticәsindә әmәlә gәlәn burulğanlı elektrik sahәsi vә ya maqnit sahәsinin naqildә hәrәkәt edәn elektronlara tәsiri – Lorens qüvvәsi tәrәfindәn yaranır. Mәnbәnin EHQ açıq dövrәdә onun sıxaclarındakı elektrik gәrginliyinә bәrabәrdir. Dövrәnin müqavimәti mәlum olarsa, EHQ dövrәdәki cәrәyan şiddәtini tәyin edir. Elektrik gәrginliyi kimi EHQ dә voltlarla ölçülür.
Mənbə
Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Elm haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.