Azərbaycanlı yazıçı From Wikipedia, the free encyclopedia
Elşad Qoca (tam adı: Elşad Qoca oğlu İsayev; 2 may 1959, Yuxarı Körpülü, Noyemberyan rayonu) — yazıçı, publisist, tərcüməçi və tədqiqatçı jurnalist.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elşad Qoca oğlu İsayev 1959-cu ilin may ayının 2-də Qərbi Azərbaycanın (indiki Ermənistan, Noyemberyan) İncəsu rayonunun Yuxarı Körpülü kəndində müəllim ailəsində doğulub.[1] 1976–1977-ci illərdə Yuxarı Körpülü kəndində fəhlə işləyib. 1966–1976-cı illərdə Yuxarı Körpülü kənd orta məktəbində oxumuşdur. 1977–1982-ci illərdə indiki Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika fakültəsini bitirib. 1982–1984-cü illərdə leytenant rütbəsində sovetlər birliyinin Sibir və Ural Hərbi Dairələrində vzvod komandiri, rota komandirinin müavini vəzifələrində hərbi xidmət keçib. Bir müddət həmin dairələrin "Boyevoye Znamya" və "Sovetskiy voin" qəzetləri ilə hərbi müxbir kimi yaxından əməkdaşlıq edib.
Uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət edib. Azərbaycan Vətən müharibəsi veteranıdır.
Əmək fəaliyyətinə "Kənd həyatı" jurnalında (1984–88-ci illər) müxbir kimi başlayıb. 1988–1990-cı illərdə "Pioner" (indiki "Günəş") jurnalında korrektor, ədəbi işçi vəzifələrində çalışıb. 1990–1991-ci illərdə "Səhər" qəzetinin müxbiri olub. 1991–1992-ci illərdə Azərbaycan Gənc Publisistlər və Poliqrafçılar Cəmiyyətində mədəni əlaqələr direksiyasının direktoru vəzifəsində işləyib. Döyüş bölgələrindən yazdığı reportajlara görə Respublika Həmkarlar İttifaqının təsis etdiyi mükafata layiq görülüb.
İlk mətbu əsərləri "Pioner" (indiki "Günəş"), "Göyərçin", "Mərhəmət", "Kirpi", "Azərbaycan qadını" jurnallarında, "Sovet Ermənistanı", "Sovet kəndi", "Molodyoj Azerbaydjana", "Vışka", "Sərhəd" qəzetlərində və "Vətən nəğməsi" almanaxında dərc olunub. Bəzi hekayələri rus və özbək dillərinə tərcümə edilib.
"Azərbaycanfilm" kinostudiyasının dublyaj redaksiyası ilə yaxından əməkdaşlıq etmiş, bir sıra bədii-kütləvi filmləri, o cümlədən uşaqların böyük maraqla baxdığı "Lenfilm"in istehsal etdiyi məşhur "Bumbo da gəldi" filmini dilimizə çevirmişdir.
Ailəlidir, 2 övladı, 5 nəvəsi var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.