From Wikipedia, the free encyclopedia
Edam Məhkumunun Son Günü — fransız yazıçısı Viktor Hüqonun, 1829-cu ildə nəşr olunmuş ilkin əsərlərindən olan qısa bir romanıdır. Əsərdə, edama məhkum edilmiş şəxsin öz dilindən son günləri nəql edilir. Romanın əsas məqsədi edam qanununun faciyəvi gerçəkliyini göz önünə sərməkdir. Belə ki, məhkum üçün düzəlmə haqqını tamamı ilə yox edən edam, həm də, sağalacaq bir çox yaranı da çiy qoyur. Edam, sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Məzmun etibarilə olduqca təsirli olan bu əsər, xüsusən də, məhkumun kiçik qızı ilə olan görüş səhnəsi ilə insanda qəribə bir əhval yaradır. Kitabda məhkum: "Bir müddət öncə mən də hər kəs kimi bir insan idim" — deyir. Lakin, bir müddət ərzində O, zahirən o qədər dəyişir ki, hətta öz qızı belə onu tanımır. Bu ifadələr öz ölümünü gözləmənin insan üzərində yaratdığı təsirin bir nümunəsidir. Bəli, edamı qorxunc qılan, başın Gilyotin adı verilən xüsusi bir mexanizma arasında kəsilməsi ilə yanaşı, həm də, insanın, onun üçün müəyyənləşdirilmiş bir ölüm gününü bilməsi və gözləməsidir. Ölüm hər kəs üçün var. Kitabda belə bir cümlə mövcuddur: "Əslində hər kəs, GÜNÜ NƏMƏLUM bir ölümün məhkumudur." lakin, öləcəyimiz anı bilmək, hətta ölümün özündən belə daha qorxuncdur.
Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Edam məhkumunun son günü | |
---|---|
fr. Le Dernier Jour d'un Condamné ing. The Last Day of a Condemned[1] | |
Müəllif | Viktor Hüqo[1] |
Orijinalın dili | fransız dili, ingilis dili[2] |
Ölkə | |
Orijinalın nəşr ili | 1829, 1840[1] |
Səhifə | 96 s.[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.