Dəclə (türk. Dicle, ərəb. دجلة — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir.
Dəclə | |
---|---|
türk. Dicle, ərəb. دجلة | |
| |
Ölkə | |
Keçdiyi ərazilər |
Türkiyə Suriya İraq |
Mənbəyi | Xəzər gölü (Türkiyə), Türkiyə |
• Yüksəkliyi | 1 150 m |
Mənsəbi | Şəttül-Ərəb çayı |
Uzunluğu | 1 900 km |
Su sərfi | 1 825 m³/san |
Hövzəsinin sahəsi | 375 000 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır.
Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
- Dəclə çayı, Diyarbəkir, Türkiyə
Etimologiya
Qədim buddistlərə görə Dəclə sözü dünyanın sonunu gətirən Dəccal adlı məxluqatın adından götürülüb.Buddistlər deyir ki,Qiyamət zamanı Dəccal gəlib Dəclənin suyunu göyə sovuracaq.Və bəşəriyyəti öz ağuşuna alacaq.
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.