Dunay deltası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Dunay Deltası — Avropanın Volqa deltasından sonra ikinci böyük deltasıdır. Deltanın sahəsi 4152 km² təşkil edir. Deltanın 3446 km² (83,0 %) Rumıniyada, yerdə qalan hissəsi (17,0 %) isə Ukrayna[1] ərazisində yerləşir.
İl ərazində deltanın sahəsi böyüyür. Belə ki, çay vastəsi ilə gətirilən lil deltanı dənizə il ərzində doğru 40 metr irəliləyir. Vaxtı ilə Qara dənizə yaxın olan yaşayış məntəqələri ilbəil sahildən uzaqlaşır. Buna misal olaraq Vilkovo şəhərini göstərmək olar. 1746-cı ildə sahil xəttinə malik olan şəhər 2005-ci ilə artıq dənizdən 6 km aralıda qərarlaşır.[2] Daim deltanın dəyişməsi əvvəllər Rumıniya ilə SSRİ sonradan isə Ukrayna arasında ərazi mübahisələrinə səbəb olur.
Yeni dövrdə delta strateji əməhiyyətə malik olması qonşu dövlətlərin ona ərazi iddiası etməsinə səbəb olmuşdur. 1770–1774-cü illərdə Türk-Rus müharibəsinin nəticəsində ərazi Rusiya İmperiyasının əlinə keçir.[1] Ədirnə sülh müqaviləsindən sonra delta Rusiyaya güzəştə gedilir. 1856-cı ilə görə isə Cənubi Besarabiya və Deltanın vənubu Prut çayının aşağı axarları Moldova knyazlığına verilir. 1859-cu ildə isə Valaxiya ilə birlikdə Rumıniyaya birləşdirilir. Bu zaman deltanın böyük qismi Osmanlıya qaytarılır. Berlin traktatına görə isə Rudiya Cənubi Besarabiyanın bir hissəsini qaytarır. Delta isə Osmanlıdan alınaraq Rumıniyaya verilir. Ölkə isə Osmanlıdan müstəqillk əldə edir.[3] Delta Rumıniya ilə SSRİ sonradan isə Ukrayna arasında ərazi mübahisələrinə səbəb olur.
Deltanın ərazisi əsasən bataqlıqlaşmış ərazilərdən ibarətdir. Deltanın ucqar nöqtəsi İsmayıl Çatal burnudur. Dunay deltada çoxlu qollara bölünür.[4]
Ən böyük qollarından olan Kiliy qol iki ölkə arasında sərhədi təşkil edir.
Delta 1938 ildən qorunma altındadır. 1991 ildən isə Rumıniya ərazisində yerləşən delta UNESCO Ümumdünya irsi siysahısına daxildir.[5]
Deltaya əsas təhlükə hər iki ölkənin ərazisində eyni adı daşıyan ancaq fərqli-fərqli ərazilərdən axan kanallardır.
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 588 ing. • rus. • fr. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.