Dubrovnik Respublikası

From Wikipedia, the free encyclopedia

Dubrovnik Respublikası

Dubrovnik Respublikası (xorv. Dubrovačka republika, serb-xorv. Дубровачка Република / Dubrovačka Republika) və ya Raquza Respublikası (lat. Respublica Ragusina, it. Repubblica di Ragusa) — XIV əsrdən 1808-ci ilə qədər Adriatik dənizinin sahilində mövcud olmuş şəhər-dövlət. Respublikanın paytaxtı Dubrovnik liman şəhəri idi, bundan əlavə dövlətin ərazisinə Neumdan Kotor körfəzinə qədər Dalmasiya sahilləri, Peleşas yarımadasıLastovo, Mlyet adaları və paytaxtın ətrafındakı bir sıra digər kiçik adalar daxil idi.

Cəld faktlar Paytaxt, Rəsmi dilləri ...
Tarixi dövlət
Dubrovnik Respublikası
Thumb

Paytaxt Dubrovnik
Rəsmi dilləri
Ərazisi
  • 1,5 km²
Əhalisi
  • 30.000 nəf.
İdarəetmə forması respublika
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Balkanlarda dəniz və quru ticarətinin mərkəzi kimi meydana çıxan Dubrovnik Respublikası XV–XVI əsrlərdə Osmanlı imperiyasıAvropa dövlətlərinin iqtisadi əlaqələrində əsas vasitəçilərdən birinə çevrilmiş, öz gücünün zirvəsinə çatmışdır. Əhalinin böyük əksəriyyətinin slavyanlar olmasına baxmayaraq, respublikanın ictimai-siyasi sistemi və hakim elitası İtaliyanın güclü təsiri altında idi.

Respublika Napoleonun Fransa imperiyası tərəfindən fəth edilmiş və 1808-ci ildə İtaliya krallığı tərəfindən rəsmi olaraq ilhaq olunmuşdur. Bu dövrdə onun 30,000-ə yaxın əhalisi var idi, onlardan 5.000-i şəhər divarları arasında yaşayırdı.[1]

İstinadlar

Əlavə ədəbiyyat

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.