From Wikipedia, the free encyclopedia
Draqun (fr. Dragon — əjdaha, lat. Draco — ilk dövrlərdə bayraqlarında olan əjdaha təsvirindən gəlir) — bəzi Avropa ölkələrində həm atlı, həm də piyada sırada vuruşmağı bacaran süvarilər. Əvvəlini Makedoniyalı İskəndərin həm piyada, həm də atlı vurulan dimaxoslarından (yunan — ikili döyüşçülər) götürürlər.
İlk dəfə draqunlar XVI-cı əsrdə Fransa, atlarda vuruşan piyadalar kimi yaradılıblar. Onların bayraqlarında əjdaha təsviri olurdu. Həm piyada, həm də süvari qoşun kimi vuruşmaq üçün nəzərdə tutulurdular.
XVII-ci əsrin birinci yarısında suvarilər kimi də istifadə olunublar. İstifadələrindən asılı olaraq, müxtəlif mərhələlərdə müxtəlif soyuq və odlu silahlarla, eləcə də alətlərlə təmin olunurdular. Daha təkmil odlu silahın yaranması ilə atlı atıcılara çevrildilər. XVII-ci əsrin əvvəlində Otuzillik müharibədə əsasən suvarilər kimi istifadə olunurdular. XVII-ci əsrin sonunda Fransa, Avstriya, Prusiya və İngiltərə qoşunlarında üstünlük təşkil edirdilər və əsasən ağır (bəzən orta) suvarilərə aid edilirdilər. Yüngül kavaleriyanın artımı ilə XVII-ci əsrin əvvəlində draqunların sayı azaldı. 1877–1878 illər rus-türk müharibəsi göstərdi ki, draqunlar öz əhəmiyətini itirməyib.
XVIII–XX əsrlərdə əksər Avropa ölkələrində qoşunun 1/3-ni təşkil edirdi.
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.