From Wikipedia, the free encyclopedia
Diyarbəkir qalası ― Türkiyədə, Diyarbəkir ilinin Sur ilçəsində yerləşən qala. Diyarbəki qalası "daxili qala" və "xarici qala" adlandırılan iki hissədən ibarətdir.[1]
Qalanın əsas qapıları Dağ qapısı, Urfa qapısı, Mardin qapısı və Yeni qapıdır.[1] Eramızın dördüncü əsrinin ortalarında imperator II Konstansi tərəfindən inşa edilmiş qalanın divarları köhnə Roma şəhəri Amidadan gətirilmişdir. Erməni tarixçi Movses Xorenlinin fikrincə, Amid-Diyarbəkir bölgəsinin istehkamları və güclü divarları eramızdan əvvəl VI əsrin ortalarında Yervanduni (Orontid) sülaləsinin kralı Tiqranesin hakimiyyəti dövründə inşa edilmişdir. Bu divarlar Böyük Çin səddindən sonra dünyanın ən geniş və ən uzun müdafiə divarlarıdır.[2][3]
UNESCO tikilini 2000-ci il tarixli siyahısına əlavə etmiş[1] və qala 2015-ci ildə Hevsel bağları ilə birlikdə Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Qalanın divarları 2023-cü ildə Kahramanmaraş zəlzələlərində ziyan görmüşdür.
Qala divarlarının Feridun Çelikin bələdiyyə başçılığı dövründə başlayan böyük bərpası 2000–2007-ci illərdə davam etmişdir. Bu dövrdə birbaşa divar üzərində tikilmiş binalar yıxıldı, divarlar təmizləndi və divarların yanında park quruldu.[4] Divarlar və qala özü vaxtilə Böyük Çin səddi ilə müqayisə olunsa da,[5] 2015-ci il ərzində baş verən müharibələr nəticəsində qala divarları məscid, iki kilsə və bir çox mülki şəxsin evləri ilə birlikdə çökdü və bəzi hissələri tamamilə məhv oldu.[6]
Müharibə müddətində Türkiyə hökuməti və UNESCO birlikdə şəhərin bir hissəsinin dağıdılması ilə başlayaraq iki il ərzində başa çatdırmaq niyyətində olduqları yenidənqurma və qoruma səylərinə başladı.[6][7] 4 iyul 2015-ci il tarixində UNESCO Qala və Hevsel bağlarını UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə etdi.[8] Bu dövrdə Türkiyənin Baş naziri şəhər divarlarını Parisin divarlarına bənzər formada, turizm cazibəsi olaraq yenidən qurma planlarından bəhs etmiş və bu Diyarbakırda xeyli mübahisəyə səbəb olmuşdu. Bəzi yerli sakinlər qədim mədəniyyət irslərini itirəcəklərini iddia edirdirlər.[6]
Diyarbəkir qalası daş və qara bazaltdan tikilmiş və saysız-hesabsız təmir işlərindən keçmişdir. Strukturun 2000 il ərzində nisbətən bütöv qalmasının səbəbi bazaltın son dərəcə davamlı olmasıdır. Diyarbakır şəhərinin tarixindən xəbər verən yazıları ehtiva edən daxili divarlar müdafiə funksiyasını yerinə yetirmişdir.[9]
Diyarbəkir qalası ilk dəfə 297-ci ildə Romalılar tərəfindən inşa edilmişdir. 349-cu ildə İmperator II Konstansinin əmri ilə divarlar əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Divarlar növbəti 1 500 il ərzində daha da genişləndirildi və ətrafdakı vulkanik qayalardan istifadə edilərək möhkəmləndirildi. Divarlarda dörd əsas qapı və 82 saat qülləsi var.[10] Diyarbəkirdəki qüllələr əsasən Romalılar tərəfindən tikilmiş və 15 və 16-cı əsrlərdə şəhəri ələ keçirən Osmanlılar tərəfindən yenidən qurulmuşdur. Səfəvilərin Diyarbəkirdə məğlubiyyəti zamanı Osmanlılar toplardan istifadə edərək divarları dağıtmış[10] və bu səbəbdən yenidən tikilməli olmuşdur. Bu gün divarların böyük hissəsi qüsursuzdur və köhnə şəhərin ətrafında 3 mil uzunluğunda dairə təşkil edir. Divarların hündürlüyü 33 futdan çox, qalınlığı isə 10–16 futdur.[10] 1930-cu ildə divarın bir hissəsi yıxılmışdır.[11]
Diyarbəkir qalası uzunluğu 53 metrə qədər olan Diyarbəkir şəhər divarları da daxil olmaqla, Roma və Osmanlı dövrlərində tikilmiş, istifadə edilmiş və yenidən qurulmuşdur. Divarlar Hurri, Midiya, Erməni, Roma, Sasani, Bizans, Mərvani, Əyyubi və Osmanlı dövrlərinə aid qalıqlar da daxil olmaqla müxtəlif tarixi dövrlərə aid təxminən 63 kitabəni ehtiva edir.[12] Bu yaxınlarda Türk ordusu ilə Kürd partizanları arasında baş vermiş müharibə qala və ətrafındakı abidələrə ziyan vurması ilə nəticələnmiş və hökumətin Diyarbəkir bölgəsinə turist cəlb etmək məqsədi ilə tarixi qalanı qorumaq planlarını pozmuşdur.[13]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.