12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar:
Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə[2] qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir.
Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci il tarixində Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[3]
Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.[4]
Cəbrayıl rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 23.08.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı, 2-ci Qarabağ müharibəsi nəticəsində isə qalan bütün ərazisi işğaldan azad edilimişdir. 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun inzibati mərkəzi olan Cəbrayıl şəhərinin işğaldan azad edildiyi Azərbaycan Prezidenti tərəfindən bəyan edilmişdir.
Zəngilan rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 29.10.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. 2020 Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun inzibati mərkəzi olan Zəngilan şəhərinin işğaldan azad edildiyi Prezidenti Əliyev tərəfindən bəyan edilmişdir.
Ağdam rayonu — 1993-cü ildə ərazisinin 77 faizi (o cümlədən 23.07.1993 tarixində rayon mərkəzi) işğal olunub. Üçtərəfli bəyanatın şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə[2] qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 22 noyabr tarixində Azərbaycan Ordusu tərəfindən Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edildiyi Prezidenti tərəfindən bəyan edilmişdir.
Füzuli rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 23.08.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. Horadiz əməliyyatı zamanı ərazinin üçdə ikisi (yaşayış məntəqələrinin üçdə biri) işğaldan azad edilmişdir. İkinci Qarabağ müharibəsi nəticəsində isə qalan bütün ərazisi işğaldan azad edilimişdir. 17 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun inzibati mərkəzi olan Füzuli şəhərinin işğaldan azad edildiyi Prezident tərəfindən bəyan edilmişdir.
İşğal olunmuş DQMV ərazisi (açıq qırmızı rənglə göstərilib) və ətraf rayonların xəritəsi (1988-ci ildə mövcud olmuş inzibati ərazi bölgüsünə əsasən)
Birinci Qarabağ müharibəsi (1988–1994) nəticəsində Azərbaycanın tam və ya bir hissəsi işğal olunmuş və 27.09.2020-ci i tarixinədək işğal altında qalmış inzibati ərazi vahidləri (1988-ci ildə mövcud olmuş inzibati ərazi bölgüsünə əsasən)