Dağ iqlimi
From Wikipedia, the free encyclopedia
Dağ iqlimi— yüksək dağlıq üçün xarakterik iqlim.

Xüsusiyyəti
Dağ iqlimini düzən ərazi iqlimindən fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır:[1]
Dəniz səviyyəsindən hündürlük
Dəniz səviyyəsindən hündürlük və bununla əlaqədar atmosferin seyrəkləşməsi aşağıdakılara səbəb olur.
- Atmosfer təzyiqinin və temperaturun aşağı olmasına;
- Havanın mütləq rütubətliyinin aşağı olmasına;
- Qış buludluğunun miqdarının azalmasına;
- Havada tozun miqdarının az olmasına;
- Yüksək insolyasiyaya (xüsusilə ultrabənövşəyi radiasiyanın miqdarı);
- Küləyin sürətinin yüksək olmasına;
- Havanın temperaturunun və digər meteoroloji elementlərin sutkalıq və illik dəyişməsinin zəif olmasına.
Sərbəst atmosfer rejiminin pozulması
Dağlıq ərazi ilə əlaqədar sərbəst atmosfer rejiminin pozulması aşağıdakılara səbəb olur:
- Yağıntıların ümumi miqdarının artıq olmasına (oroqrafik yağıntılar hesabına);
- Dağ-dərə küləklərinin əmələ gəlməsinə;
- Dağlarda konveksiyanın güclənməsi ilə əlaqədar yay buludluğunun çoxalmasına.
Həmçinin bax
- İqlim
- Dağ tundra iqlimi (iqlim tipləri)
- Temperaturun şaquli dəyişməsi
Xarici keçidlər
İstinad
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.