Dəyirmandağ
Gədəbəy rayonunda kənd From Wikipedia, the free encyclopedia
Gədəbəy rayonunda kənd From Wikipedia, the free encyclopedia
Dəyirmandağ — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Dəyirmandağ kəndi Gərgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Dəyirmandağ kənd Soveti yaradılmışdır.[2]
Dəyirmandağ | |
---|---|
40°33′59″ şm. e. 45°41′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin keçmiş adı Koruşdu olmuş və ərazidəki eyniadlı bulaqla birlikdə koruşdu nəslinin adını daşımışdır. Sonralar Dərələyəz mahalından muradlı nəslinə mənsub, Qarabağdan qaraqoyunlulara mənsub, Dağıstandan gümüşlü nəslinə mənsub ailələr gələrək bu kənddə məskunlaşmışlar. Kənd ətəyində yerləşdiyi dağın adını daşıyır.[3]
Kənd Dəyirmandağın ətəyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1240 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə bir klub var.
Kənddə bir orta məktəb, bir doqquzillik məktəb və iki ibtidai məktəb fəaliyyət göstərir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.