From Wikipedia, the free encyclopedia
Dəniz ulduzları (lat. Asteroidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Təqribən 1600 müasir növü var.
Dəniz ulduzları | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Klad: Tip: Yarımtip: Eleutherozoa Sinifüstü: Asterozoa Sinif: Dəniz ulduzları |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ulduz şəkilli və ya beşguşəli dərisitikanlıdır. Əksəriyyətinin uzunluğu 12–25 sm olsa da, sinfin nümayəndələrinin ölçüləri 2 sm-lə 1 m arasında dəyişir.
Dəniz ulduzu dənizdə yaşayır. Suyu nisbətən az duzlu olan dənizlərdə yaşaya bilmir. Dəniz ulduzu sahilə yaxın yerlərdə dənizin dibində sürünür, dəniz çəkildikdə isə çox zaman daşların yosunların altında qalır. Bədən formaca beşguşəli ulduza oxşayır. Bədən mərkəzi diskdən və ondan çıxan beş şüadan təşkil olunmuşdur ki, bu şüalara qollar da deyirlər. Bəzi növlərdə qolların sayı 5-dən çoxdur. Əksər dəniz ulduzları qırmızı, çəhrayı, narıncı kim rənglərdə olur. Ancaq boz, mavi kimi daha fərqli rəngdə olan dəniz ulduzlarına da rast gəlinir. Bədən səthində kiçik kirəc iynəciklər vardır. Heyvanın hər qolu boyunca novcuq uzanır. Ağız bədəninin alt tərəfində yerləşir. Əsasən yosunlar, xırda heyvanlar, dəniz ilbizləri və digər onurğasızlar ilə qidalanırlar. Nəcis və çürümüş bədən qalıqları ilə qidalandıqları da məlumdur.
Su-damar sistemi boruşəkilli damarlardan təşkil olunmuşdur. Onların içərisinə dəniz suyu dolur. Su bu damarlara ulduzun üst tərəfində yerləşən ələkşəkilli kirəc lövhəcikdən keçir.
Şüaların alt tərəfində yerləşən şırımlar boyunca çoxlu miqdarda ayaqcıqlar yerləşir. Hər bir ayaqcığın divarları əzələlidir və ayaqcığın ucunda sormac vardır. Kanallardan gələn suyun təzyiqi nəticəsində ayaqcıqlar düzəlib uzanır və uclarında olan sormacla müxtəlif sualtı əşyalara yapışır: qayalıqların sürüşkən səthinə, daşlara və s.
Demək olar ki, həzm və ifrazat sistemi mərkəzi diskin tamamını əhatə edir. Dəniz ulduzunda ağızdan sonra qısa qida borusu gəlir ki, bu da kisəşəkilli mədəyə keçir. Mədə mərıcəzi diskİn içərisində yerləşmişdir. Mədədən hər bir şüaya iki qara-ciyər çıxıntısı gedir. Bu çıxmtılarda əmələ gələn həzm şirəsi mədəyə axır və burada qida həzm olunub sorulur. Həzm olunmamış qida qalıqları qısa bağırsağa keçir və anusdan xaricə atılır. Anus bədənin üst tərəfində yerləşir.
Dəniz ulduzları yırtıcı heyvanlardır. Onların əsas qidasını molyuskalar təşkil edir. O, kiçik molyuskaları bütöv udur. Tənəffüsü. Dəniz ulduzu suda həll olmuş oksigenlə tənəffüs edir. Oksigen bədənə dərini əhatə edən sudan keçir və babelə su-damar sistemi ilə gəlir.
Dəniz ulduzunda qan-damar sistemi vardır. Bu sistem mərkəzi diskdə olan halqaşəkilli damardan və qollardan təşkil olunmuşdur. Mədə divarlarına sorulan qida maddələri qan damarları ilə bütün bədənə aparılır. Dəniz ulduzunun qanı rəngsizdir.
Sinir sistemi. Qida borusu ətrafında yerləşən sinir halqasından qollara sinirlər gedir. Dəniz ulduzu işığı qaranlıqdan seçə bilir: onun qollarının ucunda işığı hiss edən gözcükİər vardır. İşıq güclü olduqda dəniz ulduzu kölgəyə çəkilir. Ayaqcıqlar duyğu üzvləri rolunu oynayır. Dəniz ulduzunda qoxubilmə hissi də vardır və o, öz şikarını bu vasitə ilə tapır.
Çoxalması. Dəniz ulduzlarının erkəkİəri xarici görünüşcə dişilərdən fərqlənmir. Çoxalma üzvləri şüalarda yerləşir. Yumurtalar və spermatozoidlər suya buraxılır və mayalanma suda gedir. Yumurtanın inkişafı nəticəsində bədəni kirpikcikİərlə örtülmüş sürfə əmələ gəlir. Sürfə görünüşcə yetkin dəniz ulduzuna oxşamır və ikitərəfli simmetriyası olan bədənə malikdir. Bu dəniz ulduzlarının ikitərəfli simmetriyası olan heyvanlardan əmələ gəldiyini göstərir. Sürfə bir müddət su qatlarında üzdükdən sonra dibə çökərək, kiçik dəniz ulduzuna çevrilir.
Dəniz ulduzları növlərinin əksəriyyəti ayrı cinsiyyətlidir. Qeyd etmək lazımdır ki, onlar həm cinsi, həm də qeyri-cinsi yolla çoxala bilirlər. Adi gözlə dəniz ulduzlarının cinsiyyətlərinə görə ayırd etmək mümkün deyil. Əksər hallarda cütləşmə zamanı cinslər ayırd edilir. Bəzi növlər çoxcinsiyyətlidir — həm yumurta, həm də sperma hüceyrələri daşıyırlar. Belə canlılara hermafrodit deyilir.
Növlərin bir çoxunda mayalanma xarici mühitdə baş mühitdə baş verir. Suya buraxılan sperma və yumurtalar xarici mühitdə birləşir və embriolar plaktonlar kimi sudan "asılı" vəziyyətdə qalır.
Dəniz ulduzlarında regenerasiya qabiliyyəti çox yaxşı inkişaf etmişdir. Hətta bəzilərində qoparılmış bir qoldan yeni bir dəniz ulduzu əmələ gələ bilir.[3] Qollardan biri qopduqda əvəzində yeni qol əmələ gəlir. Bəzən xarici qıcıqlanmalar nəticəsində qollar qopur və yenidən əmələ gəlir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.