From Wikipedia, the free encyclopedia
Dəllər — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.[1]
Dəllər | |
---|---|
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Rayon mərkəzindən 13 km şimal-qərbdə Zəngiçayın qolu olan Dəllər çayının sahilində, Zincirli dağının ətəyində yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim Hun tayfa birliyinə daxil olan tele (dəli) türk etnonimi[4] əsasında formalaşmışdır. -lər cəmlik bildirən şəkilçidir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kənddə 1831-ci ildə 181 nəfər, 1873-cü ildə 227 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 385 nəfər, 1914-cü ildə 597 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşamışdır[5]. 1918-ci ildə azərbaycanlılar qırğınlarla öz doğma kəndlərindən qovulmuş və kəndə ermənilər yerləşdirilmişdir. Sonralar kənd xarabalığa çevrilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.