Dəhnə dağı

From Wikipedia, the free encyclopedia

Dəhnə dağımap

Dəhnə dağıŞərurSədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin cənub-qərb qurtaracağında, Dəmirçi kəndindən 8 km qərb-şimal-qərbdə, "Qurdqapısı" keçidindən 3 km cənub-qərbdə dağ (hünd. 1154,2 m). Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Saraclıdağ sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.[1]

Cəld faktlar Ümumi məlumatlar, Dağ sistemi ...
Dəhnə dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1154,2 m
Yerləşməsi
39°37′54″ şm. e. 44°49′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Thumb
Dəhnə dağı
Dəhnə dağı
Bağla

İstinadlar

Həmçinin bax

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.