From Wikipedia, the free encyclopedia
Düylünçay — Ordubad rayonu ərazisində çay, Arazın sol qolu.[1]
Düylünçay | |
---|---|
Ölkə | |
Mənbəyi | Zəngəzur dağları |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 21 km², 124 km² |
Uzunluğu 30 km, hövzəsinin sahəsi 124 kv.km-dir. Zəngəzur silsiləsindən (2400 m hündürlükdə) başlanır. Parağaçay və Mesxet çaylarının birləşməsindən əmələ gəlir və 660 m. yüksəklikdə, Dəstə kəndi yaxınlığında Araza tökülür. Qar, yağış suları və yeraltı sularla qidalanır. Martın axırından iyuna qədər gur sulu olur. Güclü yaz-yay daşqınları müşahidə edilir. Aşağı axınında suvarmada istifadə olunur.[1]
Tədqiqatçıların fikrincə, oykonim dü (fars. "iki") və Gilan komponentlərindən ibarət olmalıdır. Ehtimal ki, kəndin əhalisi Gilandan gəlmədir. Ordubadın 20 km.-liyində Xarabagilan (yerli əhali Xarabacilan adlandırır) adlı xarabalıq var. Arazın sol qollarından biri Düylün, digəri Gilan adlanır.[2]
Düylünçay üzərində Məzrə körpüsü tikilmişdir. Körpünün uzunluğu 5 paqonometrdir. 1996-cı ildə inşa edilmişdir. Körpünün tikilməsi ilə Məzrə, Düylün kəndləri ilə magistral yola çıxış əldə etmişdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.