Colitti Covanni (it. Giovanni Giolitti; 27 oktyabr 1842[1][2][…] – 17 iyul 1928[3][1][…]) — İtaliya dövlət və siyasi xadimi.[4]
Colitti Covanni | |
---|---|
ing. Giovanni Giolitti | |
| |
Doğum tarixi | |
Doğum yeri | Mondovi |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Kavur |
Milliyyəti | italyan |
İxtisası | Hüquqşünas |
Təhsili | Turin Universiteti |
Fəaliyyəti | dövlət və siyasi xadim |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Turin Universitetində hüquq təhsili (1860) almışdır. 1862-ci ildən Ədliyyə nazirliyində, sonra Maliyyə nazirliyində məmur olmuşdur. 1873-cü ildən baş maliyyə müfəttişi, 1877-ci ildən xəzinədarlıq katibi idi. 1882-ci ildə Liberal partiyasından parlamentə deputat seçilmiş, dövlət müşaviri təyin edilmişdi. Dəfələrlə nazirlər kabinetlərinin tərkibinə daxil olmuş (1889–90-cı illərdə maliyyə naziri, 1901–03-cü illərdə daxili işlər naziri), baş nazir vəzifəsini tutmuşdur (1892, may – 1893, noyabr; 1903, noyabr – 1905, mart; 1906, may – 1909, dekabr; 1911, mart – 1914, mart; 1920, iyun – 1921, iyun). Covanni İtaliyanın dövlət siyasətinə böyük təsir göstərmişdir. İtaliya tarixinin 1880-cı il lərin sonundan 1920-ci illərin əvvəllərinə qədər olan dövrü İtaliya liberalizminin "qızıl əsri" hesab olunur və Covanni dövrü (eta giolittiana) adlandırılır. Covanninin baş nazir olduğu dövrdə İtaliyada liberal islahatlar keçirildi: dövlət sığortası tətbiq edildi, fəhlələrin həmkarlar ittifaqları yaratmaq və tətil keçirtmək hüquqları tanındı, əhalinin seçki hüququ genişləndirildi (1912-ci il islahatı nəticəsində seçicilərin sayı 2903 min nəfərdən 8443 min nəfərə qədər artdı).[4]
Fəaliyyəti
Covanni əvvəlcə sosialistlərlə əməkdaşlığı genişləndirməyə çalışırdı. 1903-cü ildə onların lideri F. Turatiyə hökumətə daxil olmağı təklif etdi. Lakin sonrakı illərdə Covanni öz mövqeyini dəyişdi və sosialistlərin parlamentə seçilməsinin qarşısını almaq məqsədilə 1913-cü ildə "Colitti–Centiloni pak tının" bağlanmasına təşəbbüs göstərdi (pakt Vatikanla İtaliya dövləti arasındakı münaqişənin aradan qaldırılmasına imkan yaratdı). Covanninin dövründə İtaliya Şimali və Şərqi Afrikada fəal müstəmləkə siyasəti həyata keçirir, Osmanlı imperiyasına qarşı müharibə aparırdı. 1914–151915 illərdə "bitərəflər" cəbhəsinə başçılıq edən Covanni İtaliyanın Birinci dünya müharibəsində iştirakına qarşı çıxış edirdi. 1920-ci ildə tətil hərəkatının yüksəlişi şəraitində həmkarlar ittifaqları ilə sənayeçilər konfederasiyası arasında danışıqlar aparılması təşəbbüsü ilə çıxış etdi, bu da müəssisələrin fəhlələr tərəfindən tutulmasının qarşısını aldı. 1920–21-ci illərdə Covanni faşist partiyasından olan deputatların hökumətə daxil edilməsinə tərəfdar idi, 1924-cü ildə B. Mussoliniyə qarşı müxalifətə keçdi, 1928-ci ildə İtaliyada parlament rejiminin ləğv olunmasının əleyhinə çıxış etdi.[4]
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.