From Wikipedia, the free encyclopedia
Animasiya (lat. animātiō — canlandırma[1]) və ya cizgi[2] — incəsənətin bir növü. Belə əsərlər kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hərəkətin təsvirləri kinematoqrafiyadan əvvəl mövcud idi. Bunun erkən nümunələri arasında mağaralarda çəkilmiş heyvanları qeyd etmək olar. Bundan əlavə, marionet və kölgə kuklaları da cizginin sələfləri sayılır.[3] 1833-cü ildə stroboskop diskinin (fenakistiskop) yaradılması həm müasir cizgi, həm də gələcək kinematoqrafın prinsiplərini təsis edib.[4]
Animasiyanın yaranma tarixi Emil Reyno ilə bağlıdır. Fransız Emil Reyno ilk və əsl animator hesab olunur. O, ilk dəfə baraban, güzgü sistemi və fənərdən ibarət optik cihaz yaratdı. Bu optik cihazın adı "praksinoskop" adlanır. 1892-ci ildə isə o, özünəməxsus attraksiya olan "optik teatr" yaratdı. Bu tamaşaların birnicisi Yazıq Pyero (fr. Pauvre Pierrot) idi. Bu hadisə Parisli Lümyer qardaşların premyerasından əvvəl baş verdiyi üçün, fransızlar animasiya ilə kinofilmdən daha əvvəl tanış olmuşlar.[5]
Amerikada erkən animasiyanın pionerləri arasında Ceyms Stüart Blektonu və Uindzor Makkeyi adlandırmaq olar. 1910-cu illərdə animasiya filmlərinin istehsalı ABŞ-da sənayeyə çevirib.[4] O zaman, meydana çıxmış ilk cizgi personaj Pişik Feliks idi. Onun debütü 1919-cu ildə baş vermişdi.[6]
Uolt Disney ilk dəfə animasiya layihələrində səs və rəngdən istifadə etdi. Onun yaratdığı və ən çox tanınan personajlarindan biri də Mikki Mausdur. Bu personaj rol aldığı bütün animasiya filmlərində kiçikdən böyüyə — bütün auditoriyanın qəlblərini fəth etmişdir. Disney studiyası bu layihəsinə görə 12 "Oskar" mükafatına layiq görülüb.
Müasir həyatımızda inkişaf edən texnika ilə animasiya yaratmaq daha da asan bir hala çevrildi. Belə ki, animasiya artıq kompüterdə müxtəlif proqramlar ilə hazırlanır və 2D, 3D, stop-motion və cut-out kimi növləri vardır.
Qrafik animasiya |
---|
Animasiyanın klassik növüdür. Şəkillər əllə çəkilir, adətən kompüterə köçürülür. |
Həcmli animasiya |
Müxtəlif materialların istifadəsi ilə yaradılır. |
Kompüter animasiyası |
Kompüter texnikası ilə yaradılan animasiyalar. 3D və 2D kimi növləri var. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.