From Wikipedia, the free encyclopedia
Ceyms Byukenen (ing. James McGill Buchanan Jr. 3 oktyabr 1919[1][2][…] – 9 yanvar 2013[3][1][…]) — amerikalı iqtisadçı. 1986-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Ceyms Byukenen | |
---|---|
ing. James McGill Buchanan Jr. | |
Doğum tarixi | 3 oktyabr 1919[1][2][…] |
Vəfat tarixi | 9 yanvar 2013[3][1][…] (93 yaşında) |
Elm sahəsi | iqtisadçı |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Byukenen ABŞ-nin Tennessi ştatının Murfrisboro şəhərində anadan olub. 1940-cı ildə Orta Tennessi Normal məktəbindən (ing. Middle Tennessee Normal School) məzun olmuşdu. 1941-ci ildə Tennessi Universitetində magistr dərəcəsi, 1948-ci ildə isə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəlmişdi.
Ceyms Byukenen Virciniya Universiteti, Kaliforniya Universiteti, Los Anceles, Florida Ştat Universiteti, Tennessi Universiteti, Virciniya Politexnik İnstitutunda professor kimi işləmiş və son olaraq Corc Mason Universitetində fəxri professor kimi dərs keçmişdi.
Ceyms Byukenen iqtisadiyyat və politologiyanı birləşdirən İctimai seçim nəzəriyyəsinin ən məşhur nümayəndəsi, tədqiqatçısı və təkmilləşdirənidir. Bu xidmətlərinə görə ona 1986-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatı verilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.