Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı

From Wikipedia, the free encyclopedia

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və ya qısaca CAMAH (Farsca: جنبش آزادیبخش ملی آذربایجان جنوبی) — Cənubi Azərbaycanın milli azadlıq hərəkatı təşkilatı olaraq,[1] 1991-ci ildə Piruz Dilənçinin rəhbərliyi altında bir qrup siyasətçi və ziyalı tərəfindən yaradılmışdır.[2][3][4][5][6][7][8][9][10][11]

Cəld faktlar CAMAHCənubi Azərbaycan Milli Azadlıq Hərəkatı, Sədri ...
CAMAH

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı
Thumb
Sədri Piruz Dilənçi
Lideri Piruz Dilənçi
Quruluş tarixi 1991
Bölünmə Güney Azərbaycan Milli Oyanış Hərəkatı
Baş qərargah Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi
İdeologiya Bütöv Azərbaycan
Saytı camah.org
Bağla

Haqqında

İranın parçalanması, müstəqil Cənubi Azərbaycan dövlətinin yaradılması və nəhayətdə Bütöv Azərbaycanın qurulması CAMAH təşkilatının ali və son məqsədidir.

1999-cu ildə Təbrizdə milli hərəkatın güclənməsi ilə, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatının lideri seçilmiş, 2002-ci ildə isə təşkilatda baş verən daxili fikir ayrılıqları nəticəsində səs çoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır[12] və təkrar Piruz Dilənçi CAMAH təşkilatının lideri olaraq fəaliyyətini davam etdirməyə başlamışdır. Bundan sonra, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatından ayrılan bir qrup şəxslə GAMOH adlı yeni bir qurum yaratmışdır.

Dünya Azərbaycanlıları Konqresi, Bütöv Azərbaycan BirliyiGüney Azərbaycan Milli Oyanış Hərəkatı kimi təşkilatlar bünövrəsini CAMAH-dan götürmüşdür.[13]

Azərbaycanda

CAMAH 1991–1999-cu illər arasında Şimali Azərbaycandakı cənub mövzusu ilə bağlı aparıcı mövqeyinə görə hətta Azərbaycan Respublikasının dövlət dairələri tərəfindən də dəstəklənməkdə idi.[14][15][16][17] Xüsusilə Heydər Əliyevin prezidentliyi və Namiq Abbasovun MTN-ə rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycan mövzusu Azərbaycan mətbuatı və kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tuturdu.[18][19] O dönəmdə hətta ölkə prezidenti, Prezident Aparatı və MTN səviyyəsində CAMAH-la bağlı rəsmi və qeyri-rəsmi münasibətlər bildirilmişdi.[20]

İstinadlar

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.