Con Ronald Ruel Tolkin (ing. John Ronald Reuel Tolkien; /dʒɒn ˈrɒnld ˈruːəl ˈtɒlkiːn/; 3 yanvar 1892[2][3][…], Blumfonteyn, Azad Oranj Dövləti[4][5][…]2 sentyabr 1973[2][6][…], Bornmut, Dorset[d][7][8][…]) — ingilis yazıçısı, linqvisti və filoloqu, "Hobbit və ya oraya və geriyə" povestinin, "Üzüklərin hökmdarı" trilogiyasının və "Silmarillion" romanının müəllifi kimi məşhurdur.

Cəld faktlar Təxəllüsü, Doğum tarixi ...
Con Ronald Ruel Tolkin
ing. John Ronald Reuel Tolkien
Thumb
Təxəllüsü Oxymore[1]
Doğum tarixi 3 yanvar 1892(1892-01-03)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 2 sentyabr 1973(1973-09-02)[2][6][…] (81 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bronxopnevmoniya[d][9], xora[9][10]
Milliyyəti İngilis
Həyat yoldaşı Edit Bratt (1916-1971)
Uşaqları 4
Təhsili
Fəaliyyəti Yazıçı, linqvist, filoloq, şair
Fəaliyyət illəri 1937–1973
Əsərlərinin dili ingilis dili
İstiqamət Fentezi, tərcümə, tənqid
Janrlar fantaziya, uşaq ədəbiyyatı, poeziya, nəsr
İlk əsəri "Hobbit və ya oraya və geriyə"
Tanınmış əsərləri
Üzvlüyü
  • Kral Ədəbiyyat Cəmiyyəti[d]
Mükafatları "Britaniya imperiyası" ordeni komandoru
tolkienestate.com
Vikimənbənin loqosu Con Tolkin Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tolkin 1925–1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945–1959-cu illərdə isə ingilis dili və ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə "İnklinqlər" ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir.

Tolkinin vəfatından sonra, oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, o cümlədən "Silmarillion"u nəşr etdirdi. Bu kitab, "Hobbit" və "Üzüklərin hökmdarı" ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951–1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün "legendarium" (ing. Legendarium) ifadəsini istifadə etmişdi.

İlk kitabı olan "Hobbit"i 1937-ci ildə nəşr etdirir. Bir çox digər məşhur nağıl əsərlər kimi, "Hobbit"i də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi, lakin hekayə yarımçıq qaldı, və Tolkien sadəcə əlyazmasının bir nüsxəsini maşinkada çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkienin tələbələrindən biri bir gün Allen & Unwin nəşriyyat evinin redaktoru Süzanna Daqnellə danışarkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın, lakin nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi. Odur ki, kitabı oxuması üçün on yaşlı oğluna verir, kitabı oxuyub qurtardıqdan sonra isə onda fikirlərini öyrənir. O isə, yaşıdlarının kitabı mütləq bəyənəcəyini deyir.

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.