Çiləbörd mahalı (Ceraberd məlikliyi, Çalaberd, Çiləbürt) — XIII əsr-1840 inzibati nahiyə, Qarabağ xanlığının bölgələrindən biri. İndiki Kəlbəcər, Ağdərə rayonların ərazisi.

Qısa bilgi

  • Sahəsi -
  • Əhalisi -
  • Yaranması — 1747-ci il
  • Mərkəzi— Kasapet kəndi
  • Sərhədləri —
Thumb
Qarabağ 1856 Çiləbörd

Mahalın tarixi

Mahalın sərhəd-sınırları haqqında yazılır: "Dördüncü, Çiləbörd mahalıdır. Bu mahalın uzunluğu Qırxqızdan başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və Qabartı çayından Tərtər çayına qədərdir". (Bах: Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 1991, səh.) Mənbələrdə qeyd olunur ki, 1687-ci ildə Maqavuz nahiyəsində başçını öldürüb, qan qaçağı olan Isa (Yesay) Çiləbördə gəldi. Burda məskunlaşdı. Qarabağ bəylərbəyinə hədiyyə verib, məlik ünvanı aldı. Çiləbörd mahalının mərkəzi Kasapet şenliyi idi. Gülyataq, Möhrətaq kəndləri mahal məliklərinin sığnaqları olmuşdu.

1787-ci ildə Məlik Məcnun üsyan qaldırdı. Yardım üçün Gürcüstana, II Irakliyə müraciət etdi. Məlik Məcnun 1795-ci ildə Qarabağa yürüş edən Ağaməhəmməd xan Qovanlı-Qacara qoşulmuşdu. Tarixçi Mirzə Yusif Qarabaği yazır: "Belə bir vəziyyətdə İbrahim xandan üz çevirmiş və Ağa Məhəmməd xanla birləşmiş gəncəli Cavad xan və çiləbördlü Məlik Məcnun Ağa Məhəmməd xana bildirdilər ki, Şuşa qalasını almaq sizə mümkün olmadı. Əgər buradan məqsədə çatmadan geri dönüb əliboş qayıtsanız, İran əhli sizdən üz çevirib özbaşınalıq edər və siz bundan sonra şahlıq edə bilməzsiniz. Yaxşısı budur ki, buradan gedib Tiflisi qarət edib, əhalisini də əsir edəsiniz. Beləliklə, qoşununuzu qarət ilə həvəsləndirəsiniz ki, lazım olan vaxtda vuruşa bilsinlər". (Bах: Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 1991, səh.) Ağaməhəmməd şah İrаnа, Zubov isə çəkilib Rusiyаya getdikdən sonra İbrаhimхəlil хаn müttəfiqi Irakli ilə yazışdı. Tarixçi Mirzə Yusif Qarabaği yazır: "İbrahim xan Zubovun Rusiyaya qayıtması xəbərini eşidib vali İrakli xana məktub yazdı və onu başa saldı ki, Tiflisin dağılmasına və onun əhalisinin qanının tökülməsinə gəncəli Cavad xan və Çiləbörd məliki səbəb olmuşlar". (Bах: Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 1991, səh.) Irakli tərəddüd etmədən qoşun toplayıb Gəncəyə yürüş etdi. Tarixçi Mirzə Yusif Qarabaği yazır: "İrakli xan Gürcüstanın saysız-hesabsız əsgərləri ilə o taydan Gəncənin üzərinə yürüş etdi. İbrahim xan da Qarabağ qoşunu ilə bu taydan hərəkət edərək, hər iki tərəfdən Cavad xana cəza verməyə və onu dəf etməyə çalışdı. Vali İrakli xan və İbrahim xan Gəncəyə çataraq Gəncə qalasını bərk mühasirəyə aldılar. Bir qədərdən sonra qala ərazisi ilə birlikdə zəbt olundu. Məlik Məcnun öldürüldü, Cavad xan isə tabe oldu, oğlunu və bacısını İbrahim xana əmanət verdi". (Bах: Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 1991, səh.) Məlik Məcnun 1795-ci ildə öldü.

Məlik Rövşən Şəkidən qayıdıb yenidən Çiləbörddə sakin oldu. Sisianov Gəncəni istila edərkən Məlik Rövşən Çiləbördü tərk edib Sisianova sığındı. Birdəfəlik Gəncədə məskunlaşdı. Karyaginin qoşunu Şahbulaq ətrafında Qacar ordusu tərəfindən mühasirəyə alınanda Məlik Rövşən onlara yemək daşımışdı.

Mahalın ərazisi

Bu mahalın uzunluğu Qırxqızdan başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və Qabartı çayından Tərtər çayına qədərdir. Burada toxumluq buğda və başqa taxıl məhsulu yaxşı yetişdirilir. Bunların məlikləri vaxtilə Məğavizdən gəlmişlər və burada məliklik etməyə başlamışlar. Bu məlikliyin əhalisi cəsurluqda və qəhrəmanlıqda məşhur olmuşdur. Buranın ərazisinin böyük bir hissəsi meşəlikdən və keçilməz yerlərdən ibarətdir. Garmırx adlanan məşhur qala da buradadır. Bu qala olduqca möhkəmdir. Məliklər həmişə bu qalada yaşamış, igidlik və rəşadət göstəmıişlər. Öz qəhrəmanlığı ilə məşhur olan həmin məliklərdən biri Nəlik Allahqulu idi. Allahqulu Nadir şah dövründə onun xidmətində olub, Abdulla paşa Köprülü oğlu sərəsgər ilə müharibədə böyük rəşadət göstərmişdir. Bu səbəbə görə də o, Nadir şahın əmrinə görə Məlik deyil, Sultan Allahqulu çağırılmış, böyük nüfuza malik olmuşdur.

Osmanlı dönəmi

1593-cü ildə Osmanlı İmperiyasının Xaçın sancağı nahiyəsi.

1593-cü ilə bağlı Osmanlı qaynağında Çiləbörd mahalına bağlı bilgi var. Həmin bilgidə nahiyənin kəndləri sadalanır. Sadalanan kəndlərin adını sırayla yazımıza köçürürük.

  • Qəssablar
  • Gülyataq
  • Yarımca
  • Molla Dəkin
  • Mahmuna
  • Canyataq
  • Daşxarlı
  • Çərgəzpınarı
  • Qarabək
  • Mərdəgirt
  • Əmirəli
  • Pirabbas məzrəsi
  • Xur
  • Uqadkesk
  • Harun
  • Duz məzrəsi
  • Sunqurabad
  • Gədran
  • Şəhri
  • Bədəqoz
  • Dəstgir
  • Şeyxlər
  • Kolki
  • Tərnəgird
  • Kəlkabad
  • Medagiz
  • Darxitələ
  • Yenicə

Çalaberd nahiyəsi 1727-ci ildə

  • Yeniköy kəndi.
  • Qıssaabad kəndi.
  • Müslimantan kəndi.
  • Mehmanan kəndi.
  • Canyataq kəndi.
  • Naxçıvanik kəndi.
  • Dərabdul kəndi.
  • Mirikənd kəndi.
  • Gülablı kəndi. Budaq Ərmağan oğlu, (Budağın) qardaşı Murad, Nəbi Mustafa oğlu, (Nəbinin) qardaşı Məhəmmədəli, (Məhəmmədəlinin) oğlu Məhəmmədhüseyn, Məhəmməd Vəlixan oğlu,(Məhəmmədin) qardaşı Ağaxan, Məhəmmədəli Şeyxi oğlu, Məlikəli Əlibəy oğlu, Mehdi Əli oğlu, Məhəmmədəmin Vəlixan oğlu.
  • Iskənə kəndi. Kənddə heç kim yaşamırdı.
  • Yuxarı Qarabəy kəndi.
  • Aşağı Qarabəy kəndi. Adı keçən kəndin ərazisində olan Dəliklər adı ilə tanınan mülk yerini kəndin sakinləri abadlaşdırıb, məskunlaşmışdılar.
  • Carmətağ kəndi.
  • Uxnakerk kəndi.
  • Yenicə kəndi.
  • Dəstəkirt kəndi.
  • Xur kəndi.
  • Göybinə kəndi.
  • Mədağız kəndi.
  • Əmirvan kəndi. Bu kəndə Məkkə yolu Burunduz da deyirlər.
  • Qazanlıq kəndi. Kəndin başqa adı Incədərədir.
  • Hasanris kəndi.
  • Ağxana kəndi. Bu kənd Hasanrisə bağlıydı.
  • Yuxarı Gülyataq kəndi.
  • Aşağı Gülyataq kəndi.

1823-cü ildə Çiləbörd mahalı

  • 1.Kisapet kəndi-Kənddə xəzinəyə vergi ödəyən 53 tüstü var. Ödəməyənlər:Mirzə Gülüm oğlu, Asek Obrez oğlu, 2 tüstü keşişlər, Ohanezin rəncbərləri 2 tüstü, nökərlər, qatırçılar, bağbanar, çobanlar və mahal mirzəsi 27 tüstü, dullar 2 tüstü, Naxçıvandan gəlmiş musiqiçilər 2 tüstü.
  • 2. Malyatağ kəndi- Kənddə xəzinəyə vergi ödəyən 10 tüstü var. Ödəməyənlər:Məlik Rüstəm-Qazının oğluna bağlı 4 tüstü.
  • 3. Kiçik Qarabəy kəndi- Kənddə xəzinəyə vergi ödəyən 10 tüstü var. Ödəməyənlər:Məaflar 2 tüstü, keşiş 1 tüstü.
  • 4. Ulu Qarabəy kəndi- Kənddə xəzinəyə vergi ödəyən 7 tüstü var. Ödəməyənlər: Məaflar 3 tüstü, keşiş 1 tüstü.
  • 5. Maqavuz kəndi- Kənddə xəzinəyə vergi ödəyən 14 tüstü var.
  • 6.Həsənriz kəndi- Kənddə xəzinəyə vergi ödəyən 16 tüstü var. Ödəməyənlər: Məaflar 3 tüstü, arximandrit 1 tüstü.
  • 7. Yengicə kəndi- Kənddə xəzinəyə vergi ödəyən 5 tüstü var.
  • 8.Naxçıvanik kəndi- Kənddə xəzinəyə vergi ödəyən 53 tüstü var. Ödəməyənlər: Əsri bəy 1 tüstü, onun rəncbərləri 5 tüstü, nökərlər 3 tüstü, qatırçı 1 tüstü, bağbanlar 2 tüstü, kasıblar 3 tüstü, keşişlər 2 tüstü, çavuş və yaxud onbaşı 1 tüstü, dəllək 1 tüstü.

1823-cü ildə mülkədarlara aid kəndlər

  • 1. Xəlifəli kəndi-Mehdiqulu xanın, Əhməd xanın, Süleyman ağanın arasında bölünmüşdü.
  • 2. Kərkicahan kəndi-Nəcəfəli bəy Qacarın, Əhməd ağanın, Uğurlu bəy Cavanşirin arasında bölünmüşdü.
  • 3. Qaybalı kəndi-Əzət bəyim Cavanşirin idi.
  • 4. Gülyataq kəndi-Məlik Rüstəm bəyin idi.
  • 5. Kəngərli-Salahlı obası-Torpaq Əsəd bəy rüstəm bəy oğlu Sarıcalı-Cavanşirin idi.
  • 6. Kəngərli-Qızıllı obası-vergi xəzinəyə ödənirdi. Yerli bəylər mülkədar idilər.
  • 7. Qabarta-Bayəhmədli obası-Bu oba öncə Otuziki elinə tabe idi. Qədim dövrlərdən mahal ərazisində yurdları vardı.

1840 Şuşa qəzasının Çiləbörd sahəsi olmuşdur.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti nin Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi. 8 avqust 1930-cu ildə Cerabert rayonu təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilə adı dəyişdirlərək Mardakert, 1991-ci ilə Ağdərə adlanıb.

Ədəbiyyat

  • 1. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. "Şuşa" nəşriyyatı. Bakı. 2000.
  • 2. OKP. sostavlennoe v 1823 qodu, po rasporyajeniyu qlavnoupravlyayuşeqo v Qruzii Ermolova deystvitelnım statskim Sovetnikom Moqilevskim i polkovnikom Ermolovım. Tiflis 1866.
  • 3. Qarabağnamələr, 1-ci kitab, Bakı, "Yazıçı", 1989.
  • 4. Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 1991
  • 5. MDTA, fond 29, siyahı 1.

Mənbə

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.