Cəlilabad Sərhəd Dəstəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda dövlət sərhədinin mühafizə dəstəsi. 1992-ci ildə Azərbaycan Respublikasının yurisdiksiyasına keçmiş ilk milli sərhəd dəstəsidir.

Cəld faktlar Cəlilabad Sərhəd Dəstəsi, Növü ...
Cəlilabad Sərhəd Dəstəsi
Thumb
Növü Qarnizon
Yaranma tarixi 1992 - h.h
Ölkə Azərbaycan
Tabedir Azərbaycan Silahlı Qüvvələri
Daxildir Dövlət Sərhəd Xidməti
Tərkibi Quru və Aviasiya
Qərargah Cəlilabad
Ləqəbi Göytəpə Qarnizonu
Rəngləri      Hərbi yaşıl
Müharibələr Qarabağ müharibəsi
İkinci Qarabağ müharibəsi
Bağla

Haqqında

Respublikanın İmişli, Biləsuvar, YardımlıCəlilabad rayonları ərazisində 232 kilometr dövlət sərhədini mühafizə edən Göytəpə Sərhəd Dəstəsinin qarnizonu Dövlət Sərhəd Xidmətinin ən böyük qarnizonlarından biridir. Ümumi sahəsi 40 hektar olan qarnizonda yenidənqurma işlərindən sonra gənc əsgərlərin təlim-tədris mərkəzi yaradılmışdır. Bundan əlavə, 2 kazarma binası, ikimərtəbəli qərargah binası, 160 yerlik 2 tibb məntəqəsi, 2 yeməkxana, 202 mənzilli 5 yaşayış binası, 540 nəfərlik klub, 2 idman şəhərciyi, futbol meydançası, uşaq bağçası, digər xüsusi təyinatlı yardımçı binalar inşa olunmuşdur. Xidmət dövründə bu sərhəd dəstəsinin hərbi qulluqçuları 8736 halda dövlət sərhədinin pozulması cəhdinin, 12,7 milyon manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını almış, 7448 nəfər sərhəd pozucusunu saxlamışlar. Silahlı sərhəd pozucuları ilə döyüşdə sərhəd dəstəsinin 38 sərhədçisi həlak olaraq adlarını Azərbaycan sərhəd mühafizəsi tarixinə əbədi yazmışlar. XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı əsgər Eltun İsgəndərov da məhz bu sərhəd dəstəsində xidmət etmiş, dövlət sərhədində terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı komandirlərinin və əsgər yoldaşlarının həyatını xilas edərək qəhrəmancasına həlak olmuşdur.

Mənbə

  • "Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Cəlilabad rayonunun Göytəpə qəsəbəsində Dövlət Sərhəd Xidmətinin qarnizonunda". 29 aprel 2010.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.