From Wikipedia, the free encyclopedia
Cəfər ibn Yəhya Bərməki və ya Cəfər əl-Bərməki (fars. جعفر بن يحيى, ərəb. جعفر بن يحيى; 767–803) Abbasilər ərəb sülaləsinin beşinci xəlifəsi Harun ər-Rəşidin dövründə vəzir vəzifəsini yerinə yetirirdi. Atası fars vəziri Yəhya ibn Xalid idi, hansı ki nüfuzlu Barmakidlər nəslindən gəlirdi. 786-cı ildə Cəfər ibn Yəhya atasının vəzifəsini miras almışdı. Cəfər ibn Yəhya çalışırdı ki elmi inkişaf etdirsin və Bağdadı hind elmi ilə tanış etmək üçün çoxlu işlər görmüşdü.[1] Qeyd edilir ki, Cəfər ibn Yəhya xəlifəni inandırmışdı ki, Bağdadda kağız fabriki açılsın. Kağız hazırlanma sirrini onlar 751-ci ildə baş vermiş Talas döyüşündən sonra götürülən çinli məhbuslardan öyrənmişdilər.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Cəfər ibn Yəhya | |
---|---|
ərəb. جعفر | |
Doğum tarixi | 760 |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 803 |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Cəfər ibn Yəhya Harun ər-Rəşidlə yanaşı Min bir gecənin bir neçə nağıllarında peydə olur, tez-tez baş qəhrəman rolunda çıxış edir. Məsələn, "Üç Alma" nağılında qətlin sirrini açmaq və günahkarı tapmağa çalışan xəfiyyədi, halbuki "Attafın nağılı"nda daha çox fırıldaqçı şəklində göstərilib.
Lakin daha sonraki əsərlərdə Cəfər ibn Yəhya həm cani, həm də sehrbaz kimi təsvir olunub:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.