Remove ads
From Wikipedia, the free encyclopedia
Cüneyt Özdəmir (türk. Cüneyt Özdəmir; 8 fevral 1970, Ankara) — Türkiyəli jurnalist, televiziya və sənədli film istehsalçısı, yazar, TV aparıcısı.[1]
Cüneyt Özdəmir | |
---|---|
Doğum tarixi | 8 fevral 1970 (54 yaş) |
Doğum yeri | |
Uşağı | Mavi Özdəmir |
Milliyyəti | Türk |
İxtisası | Televiziya aparıcısı, Jurnalist, Yazar, Prodüser |
Təhsili | Ankara Universiteti Rabitə fakültəsi, Radio, Televiziya və Kino ixtisası |
Fəaliyyəti | Sənədli filmlər, TV proqramları, Serial, Kitablar |
Fəaliyyət illəri | 1991 - davam edir |
Tanınır | Jurnalist, Youtuber |
Mükafatları | Türkiyə Jurnalistlər Cəmiyyəti "Ən yaxşı TV jurnalisti" |
cuneytozdemir.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Cüneyt Özdəmir, 8 fevral 1970-ci ildə Ankarada anadan olmuşdur. İki bacısı var. İbtidai və orta təhsilini Yüksəliş Kollecində tamamlayan Cüneyt Özdəmir, tam orta təhsilini(10–11-ci sinif) isə Ankara Atatürk Liseyində tamamlamışdır. Ankara Universiteti, Rabitə fakültəsinin Radio, Televiziya və Kino bölümünün məzunudur. 1993-cü ildə British Council Təqaüd Proqramı alaraq Londonda multimedia təhsili aldı.
Cüneyt Özdəmir, 2016-cı ilin aprel ayında ilk evliliyini etmişdir. Həyat yoldaşı reklamcı Ayşə Bali olmuşdur. Daha sonra boşanan jurnalist, 3 fevral 2011 tarixində rejissor Türkər İnanoğlu və aktrisa Gülşən Bubikoğlunun qızı olan Zeynəb İnanoğlu ilə Paris Səfirliyində evləndi.[2] 2012-ci ilin aprel tarixində Əli Mavi adında bir oğlu dünyaya gəlmişdir. Cüneyt Özdəmir, Google Türkiyə Məhsulları Marketinq Müdiri olan həyat yoldaşı Zeynəb İnanoğlunun işi səbəbindən bir müddət Londonda yaşamışdır. Hal-hazırda Amerika və İstanbulda yaşayır.
1990-cı ildən müxtəlif media orqanlarında işləməyə başladı. Günümüzdə də CNN Türk telekanalında 5N1K proqramı üçün müxtəlif proqramlar hazırlayır.
1992-də müxbir olaraq işə başladığı, "32-ci Gün" xəbər proqramı]nda 8 il müddətində baş redaktor daxil olmaqla bir çox vəzifələrdə fəaliyyətini davam etdirdi. 1993-cü ildə Londonda təhsil gördüyü müddətdə ATV telekanalının əsəs xəbərlər buraxılışı içində "Cüneytin Lupası" başlığı altında süjetlər hazırladı.[3] 1 il müddətində Əli Kırcanın aparıcısı olduğu "Siyasət Meydanı" adlı proqramın rejissorluğunu icra etdi. Daha sonra yenidən 32-ci Gün xəbər proqramı]na geri döndü. 1996-cı ildən fəaliyyətini genişləndirərək müharibə bölgələrində müxbirlik etməyə başladı. Livan-İsrail cəbhə xəttindən, İraqdan və Əfqanıstandan müxtəlif xəbərlər və proqramlar hazırladı.[4] 2003-cü ildə İraq işğalını müxbir olaraq izlədi.[5]
1999-cu ildə CNN beynəlxalq kanalının Türkiyə şöbəsi olan CNN Türkün qurucularından biri olan Cüneyt Özdəmir, hal-hazırda da bu kanalda fəaliyyətini davam etdirir.
28 oktyabr 2014 tarixində Özdəmir, Kanal D telekanaklında işləmək üçün CNN Türkdən ayrılacağını açıqladı və Kanal D-nin xəbər bülleteninin aparıcısı olacağını bildirdi. 3 noyabr 2014-də ilk yayımını etdi. Bir müddət burada fəaliyyətini davam etdirdikdən sonra 7 avqust 2015-ci ildə kanaldan ayrıldı və CNN Türkə geri döndü.
Özdəmir, 2011–2014 tarixlərində Radikal Qəzaetində yazar kimi fəaliyyət göstərmişdir. Həftənin 5 günü qəzet üçün məqalələr yazan Cüneyt ÖZdəmir, burada siyasi, qlobal məsələlərlə yanaşı mədəniyyətlərdəki dəyişmələr, Yaxın Şərq və Avropa ilə bağlı geniş məqalələr hazırladı.
2007-ci ildə Sonər Yalçınla birlikdə Odatv İnternet xəbər saytını qurdu. Lakin bir müddət sonra buradan ayrıldı və 2008-ci ildə Dipnot TV adlı şirkətini açdı. Cüneyt Özdəmirin qurucusu olduğu DİPNOT TV şirkəti televiziya şouları və sənədli filmlər çəkməyə davam edir. Bununla yanaşı şirkət, internet və televiziya kanalları üçün reklam çarxları və s. hazırlayır. Şirkət, Akbank, Kalebodur, Vodafon, Google, Erikson, Koka-Kola, Efes, Tuborq, Şevrolet kimi məşhur markaların reklam çarxlarını hazırlamış və ya digər ehtiyaclarını ödəmişdir. Dipnot Production Company əlavə olaraq, "Mesajınız var" adlanan Avropa Birliyi layihəsini də əməkdaşlıq etdiyi digər qurumlarla birlikdə həyata keçirmişdir. Cəmiyyətlərin bir-birilərinə olan münasibətlərini və anlayışla qarşılamalarını yaxşılaşdırmaq məqsədini hədəfləyən "Mesajınız Var" layihəsi, 8 qısa film və 1 sənədli film olmaq üzrə geniş məzmuna sahibdir. Şirkət Türkiyədə rəqəmsal media mövzusunda liderlik edən şirkətdir. Bu şirkət daxilində Cüneyt Özdəmir, rəqəmsal jurnal olan Dipnot Tableti Arxivləşdirilib 2019-12-25 at the Wayback Machine 2009-cu ildə nəşr etməyə başladı. Rəqəmsal Jurnal olan Dipnot Tablet Arxivləşdirilib 2019-12-25 at the Wayback Machine, həfətlik yayımları ilə texnologiya, əyləncə və moda başda olmaq üzrə müxtəlif mövzular məqalələr yayımlayır.
Qız qülləsi Əfsanəsi
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.