Buxar
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Buxar və ya buğ — fizika, kimya və mühəndislikdə buxarlaşmış suyu ifadə edir. 100 dərəcə ətrafındakı istilikdə və standart atmosferik təzyiqdə buxar, safdır, şəffaf qaz halındadır və maye haldakı sudan 1600 qat daha həcimlidir. Buxar suyun qaynama nöqtəsindən daha istidir. Daha yüksək temperaturlardakı buxara qızdırlmış buxar deyilir.
Maye haldakı su, çox isti maye bir maddə ilə təmas etdiyində (məsələn lava və ya ərimiş metal), çox tez olaraq buxar halına gələ bilər. Buna buxar partlaması deylir. Bu partlayış xüsusilə bağlı sahələrdə ani təzyiq dəyişikliyi səbəbiylə, son dərəcə böyük ziyanlara səbəb ola bilər.
Buxar maşınında buxar vasitəsilə turbin və ya porşenin hərəkətini təmin etmək mümkün olur. Digər sənaye proseslərində buxar borular vasitəsilə yığdığı enerjini istilik transferi ilə köçürür. Buxardakı yığılmış təzyiqin səbəbi suyun yüksək buxarlanma istiliyidir. Mühəndislər buxar maşınlarını modellemek üçün ideal termodinamik çevrim olan Rankine çevrimini istifadə edirlər.
Buxar 2 cür olur: Doyan və doymayan buxar. Doyan buxar öz mayesi ilə dinamik tarazlıqda olan, doymayan buxar isə öz mayesi ilə dinamik tarazlıqda olmayan buxardır
Buxar, sənaye xaricində sauna və hamam kimi yerlərdə də istilik və insanlar üzərindəki müalicə təsirləri təmin etmək üçün istifadə edilər.
ABŞ-də elektrik enerjisi istehsalının 90%-ından çoxu axıcı olaraq buxar istifadə buxar turbinləri ilə təmin edilməkdədir. Buxar türbininde enerji səmərəsini maksimizə etmək üçün aşağı təzyiqdə, buxarın soyuqladmaqla su halına gəlməsi tez-tez meydana gəlir. Lakin bu vəziyyətin (yaş-buxar), korozyona səbəb olmaması üçün müddət çox diqqətli bir şəkildə nəzarət edilməlidir.
Fizika ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.