Remove ads
From Wikipedia, the free encyclopedia
Burnaz Atikə Sultan (1614, İstanbul, Osmanlı imperiyası – 1674, İstanbul, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı.[1]
Burnaz Atikə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1614 |
Doğum yeri | |
Vəfat tarixi | 1674 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Əhməd |
Həyat yoldaşları |
|
Ailəsi | Osmanlı xanədanı |
Atikə Sultan 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Şahzadə Qasımın əkizidir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Xanzadə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər.
Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. 1633-cü ildə qardaşı Sultan Muradın istəyilə kaptan-ı dərya Bostancı Cəfər Paşayla nigahlandı. Ancaq Cəfər Paşa qısa zaman sonra gözdən düşdü və cəmi bir il sonra - 30 iyun 1634-cü ildə vəzifədən alındı. Bununla yanaşı Sultan Muradın əmriylə Atikə Sultandan boşandı və paytaxtdan uzaqlaşdırıldı.
Elə həmin il yenə qardaşı Sultan Muradın istəyilə divan vəzirlərindən Gürcü Kənan Paşa ilə nigahlandı. 18 il davam edən bu evliliyindən övladının olub-olmadığı bilinmir. Kiçik qardaşı Sultan İbrahimin taxta çıxmasından sonra saraydakı nüfuzunu qoruyan Atikə Sultan gələcəyin validə sultanı olan Turhan Sultanın qardaşının hərəminə alınması və təlim-tərbiyə edilməsində yaxından iştirak etmişdir. Ancaq qardaşının 1648-ci ildə taxtdan endirilərək öldürülməsinin ardından bir müddət saraydan uzaqlaşdı. 1652-ci ilin əvvəllərində həyat yoldaşı Kənan Paşanın vəfat etməsinin ardından Atikə Sultan həmin ilin iyulunda divan vəzirlərindən Doğancı Yusif Paşa ilə nigahlandı. Nigahın ardından Rumeli və Anadoluda müxtəlif dövlət vəzifələrində xidmət edən Yusif Paşa 1670-ci ildə vəfat etdi və beləcə Atikə Sultan üçüncü dəfə dul qaldı. Cəmi 2 il sonra isə - 1672-ci ildə İstanbulda vəfat edən Atikə Sultanın cənazəsi qardaşı Sultan İbrahimin türbəsinə dəfn edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.