Burbonlar sarayı (fr. Le palais Bourbon)— Fransanın Parisdəki Milli Assambleyanın yerləşdiyi bina.

Burbonlara sarayı
Le palais Bourbon
ÖlkəFransa
ŞəhərParis
İnşası17221728 illər

Tarixi

Razılıq körpüsünün qarşısında yerləşmiş Burbonlar sarayının fasadı Maden kilsəsinə və Razılıq meydanına baxır.Hazırda Milli Assambleyanın yerləşdiyi binada dörd arxitektorun dəsti xətti görünür:Cardinni 1722-ci ildə binanın tikintisinə başlamış, Lassürans işi davam etdirmiş, Ober və Qabriel onu 1728-ci ildə başa çatdırmışlar. Bina əsasən Burbonlar hersoqu XIV Lüdovikin qızı üçün tikilmişdir. Hersoqun qızı hətta binaya öz adını vermişdir. 1764-cü ildə həyəti daha da genişləndirilmiş vəziyyətdə və indiki görünüşdə şahzadə Kondenin şəxsi mülkünə çevrilmişdir.Binanın fasadını Napoleonun tapşırığı ilə arxitektor Puaye 1803-1807-ci ildə tikmişdir.Fasad nəhəng və hündür sütunlarla bəzədilmişdir.Onun girəcəyinin hər iki tərəfində Pryutun, Syüllinin, Kolberin və Aqessonun möhtəşəm heykəlləri qoyulmuşdur.Daxili incəsənət əsərləri ilə bəzədilmişdir.Romantizm dövrünün tanınmış rəssamı, Viktor Hüqonun yaxın dostu Delekrua 1838-1845-ci illərdə saray kitabxanasını "Sivilizasiya tarixi" mövzusunda çəkdiyi əsərlə daha da gözəlləşdirmiş, Qüdonun yaratdığı DidroVolterin büstləri kitabxanaya qoyulmuşdur.Lil, Universitet, Varen və Qrenel küçələri məhəllənin tarixiliyini özlərində əks etdirmişlər.

Lil küçəsindəki Fəxri Legion sarayı 1787-ci ildə knyaz Salm üçün tikilmişdir.1871-ci ildə Kommuna dövründə bina tamamilə yandırılmışdır.Yalnız yeddi ildən sonra binanın əvvəlki görünüşünü bərpa etmək mümkün olmuşdur.Binada Fəxri Legion ordeni və digər Avropa ordenlərinin tarixinə dair sənədlər qorunub saxlanmaqdadır.[1]

Qalereya

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.