Boyat (Ağcabədi)

Ağcabədi rayonunda kənd From Wikipedia, the free encyclopedia

Boyat (Ağcabədi)map

BoyatAzərbaycan Respublikasının Ağcabədi rayonunun Boyat kənd inzibati ərazi dairəsində kənd.[1] Keçmiş Bayat nahiyəsinin mərkəzi.

Cəld faktlar Ölkə, Rayon ...
Boyat
40°02′54″ şm. e. 47°08′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağcabədi rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 159 ± 0 m
Saat qurşağı
Thumb
Bağla

Tarixi

Boyat[2] (Bayat[3], Bəyat[4]) – "Kitabi-Dədə — Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali AzərbaycandaQədim AlbaniyadaArranŞirvan ərazisində və digər yerlərdə təsadüf edilir.

Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX–X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı üzrə köçürüb DərbənddəŞabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır.

Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.[5]

Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır.[6] Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır.[7]

Boyat kəndində arxeoloji abidələrdən Qışaltıtıpə kurqanı, Qoşatəpə kurqanı, Qəbiristanlıqtəpə kurqanı, Qalaqtəpə kurqanı (Tunc dövrü), Şəhərgah (orta əsrlər) var.

Şəhidlər

  • Əliyev Hikmət Camal oğlu — Boyad kənd Tam orta məktəbi şəhid Əliyev Hikmət Camal oğlunun adını daşıyır
  • Abbasov Sahib Həsən oğlu
  • Kərimov Fəzail Kərim oğlu

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.