From Wikipedia, the free encyclopedia
Bitkilərdə xarici təsirlər nəticəsində əmələ gələn hərəkətlər 3 qrupa bölünür: tropizm, nastiya və taksislər. Tropizm — xarici stimul vasitəsilə bitki hissələrinin istiqamətli yerdəyişməsidir. Bu cür hərəkət boyatma hərəkətidir. Hərəkətin istiqamətindən asılı olaraq (boyu stimullaşdıran amilə qarşı və ya ona əks) tropizm müsbət və ya mənfi ola bilər (bitkilərin kökləri müsbət geotropizmə, zoğları isə müsbət heliotropizmə malikdir). Taksis — xarici qıcığa cavab olaraq hüceyrənin və ya bütöv orqanizmin istiqamətlənmiş yerdəyişməsidir. Tropizmlər kimi, taksislər də müsbət və mənfi qruplara ayırd edilir; bundan başqa, onları qıcıqlandırıcının təbiətinə müvafiq olaraq sistemləşdirmək olar. Müsbət xemotaksis: ciyərotu, mamır və qıjıların spermatazoidləri yumurta hüceyrənin ifraz etdiyi maddələrə doğru üzür. Nastiya — xarici qıcığa cavab olaraq, bitki hissəsinin istiqamətləndirilməmiş hərəkətidir. Hərəkət böyümə nəticəsində baş verir: ayrı-ayrı hüceyrələrin cüzi tərpənməsi, orqanı güclü hərəkətə gətirib çıxarır ("küsdüm" bitkisinin yarpaqlarının bükülməsi). Bəzi çiçək və yarpaqlar işıqlanmanın (fotonastiya) və temperaturun (termonastiya) dəyişməsinə cavab olaraq "yuxulu hərəkətlər" (niktinastiya) edirlər, açılıb və ya bağlanırlar. Bu cür hərəkətlər nastiki adlanır. Ona görə ki, xarici stimullar bu iki prosesləri işə salır, onların istiqaməti isə daxili amillərdən asılıdır. Bəzi çiçəklərin (krokus, dağ laləsi) ləçəkləri aşağıdan tez böyüdüyü üçün (hiponastiya) gecə bağlanır, ləçəklərin yuxarı hissəsinin sürətlə böyüməsi (epinastiya) nəticəsində açılır.[mənbə göstərin]
Bu məqalə qaralama halındadır. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.