Birinci ingilis-əfqan müharibəsi (1838-1842)
From Wikipedia, the free encyclopedia
Birinci müharibə ingilislərin Qəndəhar və Qəznəni tutmaq, və Kabil tərəfə çıxmaq məqsədi ilə, Bolan keçidindən istifadə edən 30 minlik ordusunun Cənub - Qərbi Əfqanıstana soxulması ilə başladı. Əfqan qüvvələrinin bir qismini Pişəvərdan yayındırmaq üçün, Heybər keçidinə yardımçı zərbə endirilmişdi. Əfqan ordusu ingilislərdən saylarına (15 min) və silahlanmalarına görə xeyli geridə qalırdılar. 1839-cu ildə ingilislər Qəndəharı, Qəznəni və Kabili tutdular. Buna cavab olaraq ölkədə partizan müharibəsi başladı. 1841-ci ilin noyabrında Kabildə üsyan qalxdı. İngilislərin marionetkası Şüca şah öldürüldü, işğalçı ordu isə Kabildən qaçdı. 1842-ci ildə İngiltərənin Əfqanıstana cəza ekspedisiyası uğursuz oldu. 1842-ci ilin sonunda ingilislər öz məğlubiyətləri ilə barışmalı və əfqan ərazisini tərk etməli oldular.

Şurayi Aliyin Mücahidin
Müharibə dövründə Əfqanıstanda "Şurayi Aliyin Mücahidin" alı şura yaranmışdı. Şuraya Naib Əminulla xan Lövgəri başçılıq edirdi. Şuraya vəzir Məhəmməd Əkbər xan, Xanşirin xan Cavanşir-Çəndəvuli, Hacı Əli Ağa Hüseyn Kaka daxil idilər.
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.