Bibliometrik analiz - iki başlıca elementə əsaslanır: nəşrlər tədqiqat məhsullarının əsas indikatoru kimi və nəşrlərdən əldə olunan istinadlar elmi fəaliyyətin qiymətləndirilməsi üçün əsas vasitə kimi.
Statistik biblioqrafiya adlanan erkən bibliometrik araşdırmalar elmin inkişafının araşdırılması, daha sonralar isə kitabxana kolleksiyalarının idarə olunmasına tətbiq olunurdu. Məsələn, bibliometriyanın ilk tədqiqatçıları sayılan F.J.Kol və N.İls 1543-1860-cı illərdə nəşr olunan ədəbiyyata əsasən, Avropa ölkələrində anatomiya sahəsində aparılan araşdırmaları tədqiq etmişlər. Verilmiş istiqamətdə elmi aktivliyin qiymətləndirilməsi üçün əsas vahid olaraq elmi əsərləri götürməklə gələcək bibliometrik tədqiqatların əsasını qoymuşlar. 10 il sonra P.L.K.Qros və E.M.Qros (Gros and Gros) öz kitabxana kolleksiyalarının idarə olunması üçün obyektiv metod kimi jurnalların istinad analizini həyata keçirən ilk alimlər olmuşlar. Tədqiqatçılar "Journal of Chemical Society" jurnalının 1926 cildindən 3663 ədəbiyyat siyahısında göstərilən istinadları çıxararaq ən çox istinad olunan jurnalları təyin etmişlər. Bu cür yanaşma ilə tədqiqatçılar istinad analizinin həm kitabxana kolleksiyasının idarə olunması, həm də tədqiqatın qiymətləndirilməsində vacibliyini sübut etmişlər.
Bibliometriyanın riyazi əsasları
Bredfordun yayılma qanunu hər müəllif üçün məqalələrin tezliyi haqqında Lotka qanunu, mətnlərdə sözlərin işlənmə tezliyi haqqında Zipf qanunu və Praysın elmdə eksponensial artım qanunu ilə birlikdə bibliometriyanın riyazi əsaslarını formalaşdırır. Bununla yanaşı qlobal və bir istiqamətli istinad indeksinin, yəni Qarfildin Elmi İstinad İndeksinin yaradılması bibliometrik üsulların və istinad analiizinin əsas aspekti olan tədqiqatların idarə olunması və qiymətləndirilməsi sahəsinə keçidi təmin etdi.
Bibliometriya və tədqiqatın qiymətləndirilməsində əsas vasitə verilənlər bazaları, qlobal və genişmiqyaslı analizi təmin edən istinad indeksləri hesab olunurdu. 1960-cı ildə Elmi İnformasiya İnstitutunun və elmi istinad indeksinin yaradılması həm tədqiqatın qiymətləndirilməsində bibliometriyanın praktiki tətbiqini təmin etdi, həm də istinad analizinin və bibliometrik indikatorların empirik tədqiqinə təkan verdi.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.